ADA Universitetində təşkil olunmuş Beynəlxalq Festivalda Fransanın iştirakı
21 iyun 2022
İşlər
Görülmüş 3 fois
17 iyun 2022-ci ildə Fransa Səfirliyi, Azərbaycanda fransız İnstitutu və Campus France-ın Azərbaycandakı nümayəndəliyi ADA Universitetinin təşkil etdiyi Beynəlxalq Festivalda iştirak edib.
Bu tədbir Fransa mədəniyyətini, eyni zamanda Fransanın Azərbaycanda mədəniyyət və təhsil sahəsində həyata keçirdiyi tədbirləri təqdim etmək imkanı idi: tədbirlər, fransız dili kursları, onlayn Culturethèque media kitabxanası, təhsil və təqaüd imkanları və s.
İctimaiyyət, əsasən də tələbələr stendə çoxlu sayda suallarını vermək üçün yaxınlaşıblar. Stendi ziyarət edən hər bir ziyarətçi məlumat və tanıtım hədiyyələri ilə oradan ayrılıblar.
Commentaires
Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.