Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

2022-ci ildə 7 azərbaycanlı tələbə növbəti tədris ilinin əvvəlində Fransada magistr təhsili almaq məqsədilə Eyfel mükəmməllik təqaüdü almaq üçün yarışır.

02 fevral 2022 Revenir en France
Görülmüş 116 fois

Campus France Azərbaycan komandası 2022-2023-cü tədris ili üçün Eyfel Mükəmməllik təqaüdü almaq üçün 7 azərbaycanlı tələbənin namizədliklərini irəli sürərək ilkin mərhələdən keçməsini alqışlayır. 4 aprel 2022-ci il həftəsində baş tutacaq təqaüdçülərin yekun seçimi mərhələsini gözləyərkən bu 7 namizədə uğurlar arzulayırıq.

Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Mühəndislik Məktəbinin və Bakıda Dövlət İdarəçilik Akademiyasının tələbələri Fransa Dövlətinin təqaüdündən yararlanmağı və Fransanın ən yaxşı ali təhsil müəssisələrinin birində magistr təhsillərini davam etdirməyi ümid edirlər : Tuluz I Kapitol Universiteti ən çox müraciət olunan universitetlərdəndir, bunun ardınca isə sırada Paris I Panteon Sorbon Universiteti, Qrenoblun Siyasi Elmlər İnstitutu və Mines ParisTech Məktəbi yer alır. Namizədlər, xüsusən hüquq-iqtisadiyyat-idarəetmə, müqayisəli dövlət idarəçilik elmləri və ya enerji və iqtisadi inkişaf sahələri kimi müxtəlif ixtisaslara müraciət edirlər.

Avropa və Xarici İşlər Nazirliyinin Eiffel Mükəmməllik Təqaüd proqramı Fransa ali təhsil müəssisələrinin magistratura və doktorantura səviyyələri üzrə ixtisas dərəcələrinə ən yaxşı əcnəbi tələbələri cəlb etməyə imkan verir.

Bu proqramın əsas məqsədi özəl və dövlət sektoruna prioritet təhsil sahələri üzrə gələcək əcnəbi kadrları hazırlamaq və inkişaf etməkdə olan sənayeləşmiş ölkələrin tələbələrinin namizədliklərini stumullaşdırmaqdır. Magistr dərəcəsi üçün minimum 25 yaş və doktorantura dərəcəsi üçün minimum 30 yaş nəzərdə tutulub.

Eyfel təqaüd proqramı haqqında və ya xarici tələbələr üçün nəzərdə tutulmuş bütün təqaüd proqramları barədə məlumatlanmaq istəyirsinizsə, Campus France saytına daxil olun :

https://www.campusfrance.org/fr

https://www.campusfrance.org/fr/bourses-etudiants-etrangers




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.