Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura proqramlarına sənəd qəbulu açıq elan olunub

01 aprel 2020 Revenir en France
Görülmüş 93 fois

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Strasburq Universiteti ilə əməkdaşlığı nəticəsidə əsası qoyulan Azərbaycan-Fransız Universiteti 2020-ci il sentyabrdan etibarən tədrisin magistratura pilləsinə qəbul elan edir. UFAZ magistratura pilləsində tədrisə başlamaqla 2016-cı ildə əsası qoyulan 4 bakalavr təhsili ilə başladılan təlim və tədqiqat işlərini yeni mərhələdə davam etdirəcək. Əsasən tədqiqat və akademik təlimi özündə birləşdirən magistratura proqramları aşağıdakı üç istiqamət üzrə həm peşəkar mütəxəsislərin, həm də tədqiqatçıların hazırlanmasını hədəfləyir:
1️⃣ Kimya Mühəndisliyi / Fiziki Kimya
2️⃣ Tətbiqi Kompüter Elmləri (Big Data və Süni Zəka)
3️⃣ Yer Elmləri

Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi magistratura imtahanından 70-dən artıq bal toplayan hər kəs UFAZ-ın ikinci daxili imtahanında iştirak edə bilər. İngilis dilində baş tutacaq daxili imtahan Strasburq Universiteti (Unistra) tərəfindən təşkil olunur və UFAZ-a qəbul yalnız bu imtahan nəticələrinə (DİM nəticələri nəzərə alınmır) əsaslanır. Mayın 10-u imtahana müraciət üçün son tarixdir.
Təhsili ingilis dilində olmayan namizədlərdən (Azərbaycan və Rus bölməsi) UFAZ-a qəbul zamanı minimum 6.5 bal IELTS / 80 bal TOEFL nəticəsi tələb olunur.Tələbələr dil sertifikatlarını 1 iyun 2020 tarixinədək təqdim edə bilərlər.
İmtahan mayın 29-da UFAZ-ın əsas binasında həyata keçiriləcək.
UFAZ-a qəbul imtahanı seçilmiş magistr ixtisaslarına uyğun olaraq test və açıq suallardan ibarət olacaq.
Magistratura proqramı üçün ümumilikdə 80 yer ayrılıb və bütün yerlər ödənişsizdir.
Magistratura proqramı üçün UFAZ-ın qəbul imtahanında iştirak edən və seçilməyən tələbələr Azərbaycandakı digər ali təhsil müəssisələrinə müraciət etmək şansını itirməyəcəklər.

 

Proqramlara müraciət və daha ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar :
https://admission.ufaz.az/en/

Əlaqə vasitələri:
 +(994) 12 599 00 72
 [email protected]

Aucune description de photo disponible.




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.