Azərbaycan dövlət qulluqçuları INSP (İctimai Dövlət Xidməti İnstitutu) və ENM-də (Milli Magistratlar Məktəbi) təlim keçiblər.
Fransa ilə Azərbaycan arasında inzibati əməkdaşlıq çərçivəsində Fransa Səfirliyi bu ay azərbaycanlı dövlət qulluqçularına nüfuzlu təlim müəssisələrdə bir neçə yüksək səviyyəli təlim təklif edib.
Birinci təlim sessiyası sentyabrın 25-dən 29-a qədər INSP-də (İctimai Dövlət Xidməti İnstitutu, keçmiş ENA) baş tutub və təlim mövzusu Avropa İttifaqı məsələlərinə həsr olunub (mövzu: “ Avropa ittifaqı daxilində və onunla danışıqlar: Avropa iqtisadi diplomatiyası ”). Təlimin məqsədi iştirakçılara Avropa İttifaqı daxilində/və onunla danışıqlar prosesinin mexanizmlərini daha yaxşı başa düşməyə imkan vermək olub.
Oktyabrın 23-dən 27-dək ENM (Milli Magistratlar Məktəbi) tərəfindən təşkil olunan ikinci təlim sessiya kibercinayətkarlıqla mübarizəyə həsr olundu. Bu təlim fənlərarası bir yanaşma ilə hazırlanmış və bir neçə fransız mütəxəssisi tərəfindən nəzəri təqdimatlar, rəylər və praktiki nümunələr təqdim etməyə imkan verdi.
Fransa Səfirliyi tərəfindən Azərbaycanda həyata keçirilən bu beynəlxalq proqram yüksək vəzifəli dövlət qulluqçuları, dövlət və ya özəl sektorun şirkətlərinin yüksək vəzifəli şəxsləri və oxşar profillər üçün nəzərdə tutulub.
Commentaires
Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.