Azərbaycanlı tələbələr üçün Fransa hökumətinin təqaüdləri - 2022-2023-cü tədris ili - Namizədlik üçün müraciət: son tarix: 15 aprel 2022-ci il.
Fransanın Azərbaycandakı Səfirliyi azərbaycanlı tələbələri Fransada təhsil almağa təşviq edir. Bu çərçivədə, 2022-2023-cü tədris ili ərzində Magistraturanın 1-ci və ya 2-ci ili (Fransız və/və ya ingilis dilində) üzrə təhsil almaq üçün Fransanın ali təhsil müəssisəsində qeydiyyatdan keçməsinə dair müsbət cavab almış azərbaycanlı tələbələrə Fransa hökuməti müəyyən sayda təqaüd verəcəkdir. Təqaüd üçün maraq göstərən tələbələrdən əlavədə qeyd edilmiş müraciət elanının şərtləri ilə tanış olmaları və ərizələrini 15 apreldən gec olmayarq Campus France-ın Azərbaycanda Bölməsinə təqdim etmələri xahiş olunur. İlkin mərhələdə, tələbələr dosiye əsasında müəyyən ediləcəklər, sonra isə qiymətləndirmə müsahibəsinin nəticəsinə uyğun olaraq seçiləcəklər. Xatırladaq ki, yalnız əvvəlcədən Etudes en France (EEF) (Fransada təhsil) platformasında qeyd olunmuş son tarixə qədər öz dosyelərini təqdim etmiş və bu platforma üzərindən ödəniş etmiş namizədlər seçimdə iştirak etmək hüququ qazanacaqlar.
Commentaires
Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.