Azərbaycan dövlət qurumunun nümayəndəsi INSP (Milli İctimai Xidmət İnstitutu – keçmiş ENA) tərəfindən Fransada təşkil olunmuş təlimdə iştirak edib.
Fransa Səfirliyi tərəfindən ayrılmış təqaüd sayəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi Tural Qurbanov 12-16 sentyabr 2022-ci il tarixlərində INSP tərəfindən təşkil olunmuş “Dövlət siyasətlərinin tərtib olunması, idarə edilməsi və qiymətləndirilməsi” mövzusunda təlimdə iştirak edib.
Fransa Səfirliyi hər il INSP-də təlim keçirmək üçün müəyyən sayda təqaüd təklif edir.
Fransız və ingilis dillərində təqdim olunan bu təlimlər administrasiya və idarəetmə sahəsində bacarıqlarını artırmaq istəyən xarici dövlətlərin administrasiyalarının dövlət qulluqçuları, ictimai şirkətlərin rəhbərləri və ya qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün nəzərdə tutulub.
Digər üç azərbaycanlı təqaüdçü bu ilin sonuna qədər bu proqramdan faydalanacaq və yaxın həftələrdə INSP-də təlimlərdə iştirak edəcəkdir.
Commentaires
Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.