Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Bakı Xoreoqrafiya Akademiyasında Frankofoniya Gününün qeyd edilməsi, Cümə axşamı, 17 mart 2022-ci il.

29 mart 2022 Culture
Görülmüş 47 fois

Bakı Xoreoqrafiya Akademiyasının fransız müəllimləri Azərbaycan Fransız dili  Müəllimləri Assosiasiyasının (APFAZ) dəstəyi ilə Beynəlxalq Frankofoniya Gününə həsr olunmuş tədbir təşkil ediblər. Tədbirdə Erik Sati, Şarl Qunod, Indila, In-Qrid və həmçinin Jo Dassən və bir çox başqaları daxil olmaqla, dünənin və bu günün həm klassik, həm də estrada mahnıları və fransız musiqisi melodiyaları ilə müşayiət olunan müxtəlif rəqs şoulu əyləncəli proqramları şagirdlər və tələbələr  tərəfindən təqdim edilib. Onlar həmçinin fransız dilində bəzi şeirlər söyləyiblər.

Fransa Səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Jerom Kel tələbələri parlaq çıxışları münasibətilə təbrik etdi və onlara TotalEnergies şirkəti və Azərbaycan fransız İnstitutu tərəfindən hədiyyə edilən kitabları, Fransanın xəritələrini və fransız dilində illustrasiyalı leksikoloji plakatları təqdim etdi.

Tədbirin sonunda Akademiyanın Prorektoru xanım Elmira Pənahlı və Azərbaycan Fransız dili Müəllimləri Assosiassiyasının Prezidenti xanım Gülbəniz Camalova tələbə və müəllimlərə təbrik diplomlarını təqdim etdilər.

Sonra əməkdaşlıq müşaviri Akademiyanın Rektoru Nailə xanım MƏMMƏDZADƏ, onun əməkdaşları və fransız dili müəllimləri tərəfindən qəbul edildi. Onlar Akademiyada Azərbaycan və Fransız dillərində ikidilli təhsilin pilot bölməsini inkişaf etdirmək imkanını qeyd etdilər, rəqs dərsləri kimi müəyyən fənlər artıq qismən fransız dilində tədris olunur və təhsil müəssisədə fransız dilli riyaziyyat müəllimi var. Cənab Kelle tərəfindən izah edilən “FranceEducation” nişanı sistemi Rektoru belə bir perspektivi müsbət dəyərləndirməyə təşviq etdi.

 




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.