Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Fransada 6 il təhsil almış keçmiş Fransa hökümətinin və Eyfel mükəmməllik proqramının təqaüdçüsü Leyla Əliyevanın təəssüratlarını bölüşdüyü videonu izləyin.

03 iyun 2022 Communauté
Görülmüş 30 fois

 
Fransada böyük təhsil təcrübəsi olan Leyla 6 il Fransanın müxtəlif ali təhsil müəssisələrində təhsil alıb. O, magistraturanın 1-ci ilini Lion 3 Universitetində “Beynəlxalq Hüquq” üzrə, magistraturanın 2-ci ilini Strasburq Universitetində “Ətraf mühit, ərazilər və risklər hüququ” üzrə alıb və burada bir il ərzində “Çirklənmə və narahatlıqlar” ixtisası üzrə Universitet diplomu alıb. Son olaraq, 2020-ci ildən etibarən o, Nansidə yerləşən Loren Universitetində « Böyük qapalı su obyektlərinin idarə edilməsi: Böyük göllər, (yarı) qapalı dənizlər və Xəzərin beynəlxalq hüququna töhfə » adlı öz tədqiqat işini hazırlayır.
O, hazırda Fransanın Bakıdakı səfirliyinin əməkdaşlıq və mədəni işlər üzrə şöbəsində işləyərkən distant olaraq doktorantura təhsilini başa vurur.
Siz də öz növbənizdə elə indidən Fransa üçün təhsil layihənizi hazırlayın və təqaüd əldə etməyə cəhd edin. Hamınız Fransaya xoş gəlmisiniz !
Campus France internet saytından Fransa hökümətinin təqaüdləri və Eiffel təqaüdü haqqında ətraflı məlumat əldə edə bilərsiniz (https://www.campusfrance.org/fr/rendez-vous-en-france-des-bourses-pour-financer-vos-etudes), və əlbəttə ki, bunun üçün Azərbaycan Fransız İnstitutunda yerləşən Campus France bürosuna müraciət edə bilərsiniz.
 
İngiliscə link :
 



Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.