ENA-dan (Milli İdarəetmə Məktəbi) qısamüddətli təlim təklifi: QHT-lər üçün müraciət çağırışı.
2021-ci ildə Paris Ali İdarəçilik Məktəbi (ENA) bir sıra təlimlər təşkil edir. Fransa Səfirliyi, öz sahəsində inkişaf etmək istəyən qeyri-hökumət təşkilatlarının nümayəndələrinə yönələn bəzi təqaüdlər irəli sürür.
Onlayn seminar şəklində aparılan təcrübələr aşağıdakı mövzulara aiddir :
Tarix |
Təlim |
Dil |
Format |
17-21 may |
İnsan resurslarının idarə edilməsi və ictimai xidmətdə idarəetmə |
fransız |
Onlayn |
18-21 may |
Ətraf mühitin qorunması: Avropa Birliyinin tənzimləyici yanaşması |
fransız |
Onlayn |
21-25 iyun |
Avropa Birliyi daxilində və Avropa Birliyi ilə danışıqlar |
ingilis |
Onlayn |
5-9 iyul |
Dövlət büdcəsinin hazırlanması və icrası |
fransız |
Onlayn |
5-9 iyul |
Dövlət idarəetməsi islahatları |
ingilis |
Onlayn |
6-10 sentyabr |
Parlament işinin təşkili : Parlamentin nəzarət funksiyası |
fransız |
Onlayn |
Namizədlərin dosyaları təlimin başlanma tarixindən ən azı ay yarım əvvəl ENA-ya göndərilməlidir. Namizədlər seçim müsahibəsi üçün Səfirliyə dəvət olunacaqlar. Daha sonra sənədlər nəzərdən keçirilmək üçün ENA-ya göndəriləcək..
Namizədlərin yaşı 45-dən yuxarı olmamalıdır, ən azı üç il iş təcrübələri və ən azı dörd illik ali təhsilləri olmalı və onlar mütləq, seçilmiş təlimə uyğun olaraq fransız və ya ingilis dilində danışmalı və başa düşməlidirlər.
Müraciət edənlərin sənədləri ən geci 1 aprel 2021-ci il tarixinə qədər Fransa səfirliyinin Mədəniyyət və Əməkdaşlıq Müşaviri cənab Jerom KEL adına göndərilməli (Bakı şəhəri, Rəsul Rza küçəsi, 9) və aşağıdakı kimi tərtib edilməlidir:
- - CV (fransız və ya ingilis dilində);
- - Namizədin seçdiyi təlimi təqdim edən motivasiya məktubu (fransız və ya ingilis dilində);
- - İş haqqında arayış;
- - Ən az B2 və ya B1 səviyyəsində fransız dili (DELF və ya TCF) və ya B2 səviyyəsində ingilis dili (TOEFL, IELTS) sertifikatı.
Commentaires
Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.