Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Fransa ilə İslam İnkişaf Bankının (BID) universitet təhsili üzrə birgə təqaüd proqramının açıq elan olunması.

22 may 2020 Offres
Görülmüş 41 fois

Fransa ilə İslam İnkişaf Bankının (BID) universitet təhsili üzrə birgə təqaüd proqramının açıq elan olunması.

Fransada 2020-2021-ci tədris ili üçün sənəd qəbulu : 20 iyun 2020-ci il tarixindən 30 iyun 2020-ci il tarixinə qədər.

PNG

İslam İnkişaf Bankı (BID) üzv olan ölkələrin (Azərbaycan bura daxildir) Fransada 2020-2021-ci tədris ilinin əvvəlində təhsillərini davam etdirmək istəyən tələbələrinə Fransa ilə (Campus France Agentliyi) birgə maliyyələşdirilən üstün xüsusiyyətlər əsasında təqaüdlər təklif edir. Bu proqram bütün təhsil dərəcələrinə (bakalavr, magistratura, doktorantura) aid edilir, lakin bakalavrın 3-cü kursunda və magistraturada oxuyacaq tələbələrə daha çox üstünlük veriləcək.

Tələb olunan təhsil sahələri : kənd təsərrüfatı, mühəndislik, sosial elmlər, iqtisadiyyat və maliyyə, informatika və informasiya texnologiyaları və s.

Təqaüdü qazanan tələbələr Fransa və İslam İnkişaf Bankının (BID) ikili maddi dəstəyindən faydalanacaqlar :

-  Fransanın Dövlət Təqaüdçüsü statusunun qazanılması (BGF) : viza rüsumundan azad olunma, Avropa İttifaqına daxil olmayan ölkələrin tələbələri üçün tətbiq olunan qeydiyyat ödənişlərindən azad olmaq, sığorta ödənişinin geri qaytarılması.

-  İslam İnkişaf Bankı (BID) tərəfindən bir təhsil dərəcəsi üzrə bir ildən dörd ilə qədər davam edən təhsil üçün ayına 700 € məbləğində təqaüdün ödənilməsi.

-  Parisdə yerləşən Campus France Agentliyi tərəfindən təyyarə biletinin rezervasiyası və qarşılanması.

Müraciət sənədləri birbaşa İslam İnkişaf Bankına (BID) rəsmi saytı vasitəsilə 2020-ci il iyunun 20-dən iyunun 30-dək təqdim olunmalıdır : www.isdb.org

Ətraflı məlumat üçün əlavədəki sənədə baxmağınız xahiş olunur :

Suallarınız yarandığı halda Campus France Azərbaycan Bürosu ilə əlaqə saxlayın.

Email: [email protected]

Telefon: (+994) 12 596 35 82 / (+994) 55 428 54 89

Sosial şəbəkələr :
Instagram : @campusfranceazerbaidjan
Facebook : @campusfrancebakou

Fransada təhsil:




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.