Fransa səfiri Gəncə Dövlət Universitetində - 16 may 2023.
Fransa səfiri Gəncəyə səfəri çərçivəsində, xüsusilə əməkdaşlıq və mədəni fəaliyyət üzrə müşaviri cənab Şarl Denierin müşayiəti ilə Gəncə Dövlət Universitetinin Fransız dili fakultəsində olub.
Prorektor, kafedra müdiri və onun köməkçisi, eləcə də fransız dili müəllimləri ilə geniş tanışlıqdan sonra, nümayəndə heyəti, 2019-cu ildə Fransa səfirliyinin və Fransız İnstitutunun dəstəyi ilə yaradılmış Aleksandr Düma Mədəniyyət Mərkəzi ilə tanış oldular.
Bu mərkəz, Fransız İnstitutu tərəfindən təqdim edilmiş fransız dilində 2000-dən çox kitab və metodlar, həmçinin platformalara giriş imkanı verən təhsil alətləri ilə təchiz edilmişdir.
Müzakirələrdə, Azərbaycan və Fransa arasında akademik əməkdaşlığın əhəmiyyəti, fransız dilinin tədrisi, fransız dili müəllimləri üçün fasiləsiz təlimlərin təşkili (xüsusən də iyun ayında keçiriləcək növbəti “Fransız şəhərciyi” nəzərə alınmaqla) və mədəni fəaliyyətlər müzakirə olunub.
Daha sonra, səfir kafedranın professorları, eləcə də fransız dili fakultəsinin tələbələri ilə uzun və istiqanlı müzakirələr aparıb. Tələbələr böyük həvəslə fransız ədəbiyyatına olan zövqlərini və Molyerin dilinə olan bağlılıqlarını bölüşdülər (həmçinin Düma, Hüqo və ya Nervala da tez-tez istinad edilirdi).
Qonaqpərvərliyə görə Gəncə Dövlət Universitetinə bir daha təşəkkür edirik!
Commentaires
Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.