Fransa altıncı DokuBaku festivalında hələ də yaxşı təmsil olunur.
DokuBaku festivalı sentyabrın 25-i bazar günü, müxtəlif kateqoriyalar üzrə qaliblərin mükafatlandırılması mərasimi ilə başa çatıb. Ən yaxşı Azərbaycan qısametrajlı sənədli filmi mükafatını 12/35 filminə görə cənab Mətləb Muxtarova təqdim etmək üçün Fransa səfiri cənab Zakari Qross iştirak etmişdir. Gənc rejissor gələn ilin yanvarında Fransanın cənubundakı Biarritzdə baş tutacaq dünyanın əsas sənədli film festivallarından biri olan FIPADOC festivalında iştirak etmək şansı qazanacaq.
Səfir həmçinin festivalın prezidenti cənab İmam Həsənovu və onun komandasını səfirlik və Fransız İnstitutu ilə birgə ikinci dəfə keçirilən festivalın bu yeni buraxılışının uğuruna görə təbrik edib. On fransız filmi nümayiş etdirilmişdir ki bunlardan ikisi Fransız İnstitutu tərəfindən təqdim edilmişdir : "Les Indes galantes" (Alicənab hindlilər) və " Histoire d’un regard " (Bir baxışın hekayəsi). « Mamody, le dernier creuseur de baobabs » (Mamodi, sonuncu baobab qazan) və « Mille Feux » (Min od) filmləri isə münsiflər heyətinin xüsusi qiymətini alıb.
Commentaires
Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.