Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

«Fransız dili həftələri və Frankofoniya bayramı» - nın 16 mart tarixində rəsmi açılışı : frankofonların İnşası (onlayn və canlı) və frankofonların Lüğəti (onlayn yayım).

15 mart 2021 Langue française
Görülmüş 174 fois

«Fransız dili həftələri və Frankofoniya bayramı» - nın təqdimatı

Fransa Mədəniyyət Nazirliyi hər il Fransız dili Həftələri və Frankofoniya bayramını təşkil edir. 2021-ci il buraxılışı 13 -21 mart tarixlərində baş tutacaqdır. Bu ilki buraxılışın mövzusu «Bir kasa hava ! », fəxri təmsilçisi isə «Dayə» romanına görə Qonkur 2016 mükafatının laureatı yazıçı və jurnalist Leyla Slimanidir. Həftənin iki mühim tədbiri : frankofonların İnşasıfrankofonların Lüğətinin təqdimatı.

 

Frankofonların İnşası : 16 mart Bakı vaxtilə saat 12.00-da (Fransada saat 09.00) – canlı və onlayn.

Bakı saatı ilə saat 12.0-da Paris saatı ilə isə saat 09.00 -da 16 mart 2021 tarixində canlı yayımlanacaq « frankofonların İnşası » tədbirində fransız dilində yazınızı yoxlamaq üçün iştirak edin. Fransız dili biliklərinizi şən qaydada test etmək üçün bir imkan.

Fransız dilində « épeler » felinin məsdər formasında yalnız bir « P » və bir  « L » indiki zamanda dəyişəndə isə iki « L » hərfini götürdüyünü bilirdinizmi ? Bəs « oiseau » sözündə əksər fransız saitləri işləndiyi halda heç birinin müstəqil səslənməsinin olmamasının necə ? Yoxsa « ù » hərfinin olduğu yalnız bir sözü bilirsinizmi ?

Şagirdlərinizi, həmkarlarınızı, dostlarınızı və ya ailə üzvlərinizi toplayıb fransız dilinin nüanslarını birgə kəşf edin !

İnşanın mətni Bernar Serkiqlini tərəfindən yazılıb və fəxri təmsilçi Leyla Slimani təfəfindən səsləndiriləcək. Mətndə dünya üzrə işlənilən frankofon sözlər öz əksini tapacaqlar. Bu sözləri frankofonların Lüğətində tapa bilərsiniz.

Bakı saatı ilə saat 12.00-da görüşənədək ! #SLFF21

Əlavə məlumat üçün: https://semainelanguefrancaise.culture.gouv.fr/actualites/participez-en-direct-a-la-dictee-des-francophones-le-16-mars

 

Frankofonların Lüğəti : 16 martdan etibarən onlayn şəkildə mövcud olacaqdır. 

Fransanın Prezidenti Emanuel Makronun Frankofoniya 2018 Bayramı çərçivəsində layihəsi elan edilən « Frankofonların Lüğəti ». Layihə 3 il ərzində hazırlanıb və 16 mart 2021-ci il tarixində təqdim olunacaqdır.

Lüğət mobil tətbiqetmə formasında mobil telefon və planşetlərdə istifadə üçün nəzərdə tutulub. Dünya üzrə fransız dilinin işləndiyi bütün ölkələrdən toplanmış minlərlər söz bir tətbiqetmədə mövcud olacaqdır. Artıq təxmini 500 000 söz və ifadə qeydə alınıblar. Onların arasında Kvebekdən (le clavardage, le pourriel), Konqodan (l’eau à ressort, lancer un chameau)…

Fransız dilini hamıya məxsus olduğunu nəzərə alaraq sonradan hər bir kəs tanıdığı və bildiyi yeni sözləri oraya əlavə edə biləcək !

Dünyada bir ilk olan bu layihə Frankofoniyanın tanınmış mütəxəssislərinin elmi ambisiyalarını doğrultmaq üçün yeni metodlardan istifadə edərək Professor Bernar Serkiqlinin müşayiəti altında ərsəyə gəlmişdir.

Əlavə məlumat üçün : https://semainelanguefrancaise.culture.gouv.fr/actualites/le-dictionnaire-des-francophones

 




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.