Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Luvr Məktəbi təlim seminarına qeydiyyat açıqdır (yay 2021) – Təlim ingilis dilindədir. Onlayn iştirak mümkündür.

26 fevral 2021 Offres
Görülmüş 55 fois

Luvr Məktəbi, son bir neçə ildəki kimi, Parisdə 25 avqust-3 sentyabr 2021-ci il tarixlərində incəsənət əsərlərinin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş Beynəlxalq Muzeologiya Yay Seminarının (SIEM) on yeddinci buraxılışını təşkil edir. Maraqlanan xarici tələbə və gənc mütəxəssislər 31 may 2021 tarixinə qədər qeydiyyatdan keçməyə dəvət olunur.

 

Yüksək göstəriciləri olan xarici tələbələrə və gənc mütəxəssislərə şamil olunmuş bu təlim proqramı incəsənət tarixi, muzeologiya və ya mediasiya kurslarına əlavə hazırlıq kimi keçirilir. Bu il o, mədəni sərvətlərin qanunsuz dövriyyəsi və arxeoloji irsə ziyan vurulmasına qarşı mübarizə məsələsinə diqqət ayırır.

Beynəlxalq Muzeologiya Yay Seminarının (SIEM) məqsədi qanun pozuntusu zamanı hüquqi əsasları və hərəkətəkeçmə qaydalarını öyrənməklə bu problemlərə qarşı səmərəli mübarizə aparmaq üçün ekspertiza və iş metodlarına yiyələnmək, mübahisədə iştirak edən tərəflərin obyektin müəyyənləşdirilməsindən məhkəməyə qədər bilikləri (mütəxəssislər, müstəntiqlər, hakimlər), oğurluğun qarşısının alınması, təhlükəsizliyi və ona qarşı öncədən tədbir üçün sistemlərin və vasitələrin qiymətləndirilməsi və nəhayət ictimai maarifləndirmə tədbirlərinə əks olunmasıdır. Bu mövzular nəzəri dərslər, görüşlər, dəyirmi masalar və muzeyləri ziyarət vasitəsilə iştirakçıları konkret situasiyalara salaraq təqdim ediləcəkdir.

İngilis dilində keçiriləcək bu seminarın əyani olaraq Parisdə və Luvr məktəbinin rəqəmsal platformu vasitəsilə məsafədən təşkil edilməsi planlaşdırılır. Qeydiyyat haqqı 250 avrodur. Nəqliyyat, yaşayış və yemək xərcləri iştirakçıların öhdəliyinə buraxılır. Viza tələb olunduğu halda Luvr məktəbi iştirakçıya dəvət məktubu təqdim edə bilər.

Müraciətlər 30 may 2021-ci il tarixinədək www.ecoledulouvre.fr/international/seminaires-internationaux/siem saytında mövcud olan formadan istifadə edərək onlayn şəkildə təqdim edilməlidir.

Əlavə məlumat üçün birbaşa məktəblə əlaqə saxlaya bilərsiniz : [email protected]




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.