Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

My French Film Festival 15 yanvardan 15 fevral 2021-ci il tarixlərində : hamı üçün onlayn kinoteatr !

21 dekabr 2020 Culture
Görülmüş 61 fois

MyFFF - MyFrenchFilmFestival, fransızdilli gənc kinorejissorları önə çəkməyi hədəfləyən və dünyanın hər yerindən İnternet istifadəçilərinə fransız və fransızdilli kinoya olan sevgilərini paylaşmağa imkan verən yeni bir konsepsiyadır. Festival, 11-ci buraxılışında yeni filmlər və yeni tərəfdaş platformaları ilə çıxış edir. 


Nə vaxt? 15 yanvar - 15 fevral 2021-ci il tarixlərində dünya üzrə bütün kinoizləyiciləri ilk onlayn fransızdilli film festivalının bu 11-ci buraxılışının filmləriniə baxa biləcəklər. On bədii və on qısametrajlı film izləyicilərə təqdim ediləcək. Filmlər xüsusilə ingilis, rus, ispan və türk dillərində altyazılı olacaq. Proqram, yanvar ayının əvvəlində açıqlanacaq.


Filmlərə harda baxmaq olar ? İnternet üzərindən:  https://www.myfrenchfilmfestival.com platforması vasitəsilə, dünyanın hər yerində. 

Bütün qısametrajlı filmlər pulsuz, bədii filmlər isə 1.99 avroya icarəyə veriləcək. Mövcud bütün filmlərə daxil olmaq üçün festival paketi 7.99 avro qiymətində təqdim ediləcək. Qafqazda, MyFFF-nin proqramı, rus dilində altyazılarla IVI.RU, MEGOGO və OKKO platformalarının abunəçiləri üçün mövcud olacaq.

Müsabiqədə necə iştirak etmək olar? Bir neçə "Lacoste İctimai Mükafatı" veriləcək. Dünyadakı internet istifadəçiləri festival platformasında sevdikləri filmlərə səs verə bilərlər.
Bir Belçika bədii və bir qısametrajlı film də daxil olmaqla, yarışmada on bədii və on qisa film iştirak edəcəkdir. İnternet istifadəçiləri bütün filmləri qiymətləndirməyə və şərhlərini saytda yazmağa dəvət olunur. Seçimdə həmçinin, bir İsveçrə filmi, bir Kanada bədii filmi və bir qısametrajlı film, gənc tamaşaçılar üçün filmlər, virtual reallıq bölümü və irsi filmlər də yer alır.




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.