ENA (Milli Administrasiya Məktəbi) təlim təqaüdü: bir məzun təcrübəsini bölüşür (video)
Hər il, Fransanın Azərbaycandakı Səfirliyi azərbaycanlı administrasiya kadrlarına ENA (Fransanın Milli Administrasiya Məktəbi) tərəfindən fransız və ya ingilis dillərində təqdim olunan qısa təlim kurslarında iştirak etməyi təklif edir.
Bu seanslar bütün coğrafi üfüqdən gələn xarici idarəçilərə professional bacarıq və biliklərini inkişaf etdirməyə imkan verir. Müxtəlif mövzulara aid olan bu təlimlər (korrupsiyaya qarşı mübarizə, layihə rəhbərliyi, idarəetmədə dəyişikliyi və s.) məsuliyyətlərindən asılı olaraq iştirakçıların xüsusi professional ehtiyaclarına cavab verir.
Cənab Natiq EYVAZOV, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin təşkilat və məlumat idarəsi rəis müavini, 2018-ci ildə « Korrupsiyaya qarşı mübarizə » adlı təlimdə iştirak edib. O, bu video vasitəsilə təcrübəsini bölüşür :
Commentaires
Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.