Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

« Şanxay 2021 » dünya universitetlərinin reytinqi : Fransız riyaziyyatı layiqli yerini tutur !

01 iyun 2021 İşlər
Görülmüş 84 fois

Şanxay Jiao Tong Universitetinin məşhur tematik sıralaması artıq elan olundu. Top 5-likdə 2 universitet və top 50-likdə 6 ali təhsil müəssisəsi ilə bu yeni reytinq sıralaması Fransanın xüsusilə seçildiyi bir sahə olan riyaziyyat təhsili üzrə Fransız ali təhsilinin mükəmməlliyini göstərir.

Şanxay 2021 tematik sıralamasında Fransa üçün bu ilki qələbəni keçən il olduğu kimi riyaziyyat sahəsində birinci layiqli yeri tutan Paris-Sakle Universiteti qazanır və Prinston Universitetindən bir addım əvvəldə yer alıb. Bundan sonra 3-cü yeri tutan Sorbon Universiteti gəlir. Daha sonra PSL Universiteti (Paris Sciences et Lettres University) 22-ci yeri tutan Paris Universitetindən əvvəldə, 13-cü sırada yer alıb. Paris Politexnik İnstitutu 31-ci, Lyon Ali Məktəbi 36-cı, Qrenobl-Alp Universiteti isə 48-ci sıradadır. Ümumilikdə, dünya miqyasında 500 müəssisə arasındakı bir sıralamada Fransanın 18 müəssisəsi ilk 100-lükdə yer alıb.

Link : https://www.campusfrance.org/en/shanghai-2021-thematic-ranking-french-mathematics-are-in-great-shape




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.