Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Azərbaycan Milli İncəsənət Muzeyində "Paul Nadar: Bakıya əsrarəngiz səyahət" fotoqrafiya sərgisinin açılış mərasimi

23 dekabr 2021 Culture
Görülmüş 154 fois

 

17 dekabr 2021-ci il tarixində Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyi Fransanın Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Fransanın Memarlıq və Mədəni İrs üzrə Kitabxanasının tərəfdaşlığı ilə "Paul Nadar: Bakıya əsrarəngiz səyahət" fotoqrafiya sərgisinin açılış mərasimi baş tutmuşdur. 

Tədbir Mədəniyyət nazirinin müavini xanım Sevda Məmmədəliyevanın, Fransanın Azərbaycandakı səfiri cənab Zakari Qrosun, sərginin kuratoru xanım Könül Rəfiyevanın və Fransız İnstitutunun direktoru cənab Jerom Kelin açılış nitqləri ilə başlamışdır. 

Fransız İnstititunun layihələndirdiyi və Könül Rəfiyeva ilə Rüstəm Hüseynovun birgə çəkdikləri « Pol Nadarın Bakıya səyahəti » sənədli filmi qonaqlara təqdim edilmişdir. Tədbirin davamında qonaqlar tədbirin açılışını bildirən rəmzi lentin kəsimində iştirak etdilər və ilk olaraq "Paul Nadar: Bakıya əsrarəngiz səyahət" fotoqrafiya sərgisinin təqdim etdiyi Pol Nadarın 1890-cı ildə bölgəyə ( İstanbuldan Daşkəndə Bakıdan keçərək) səfəri zamanı çəkdiyi fotoşəkilləri kəşf etdilər. Sərgidə həmçinin Pol Nadarın atası məşhur fotoqraf Feliks Nadarın fotoportretlərini çəkdiyi zəmanənin tanınmış simaları yer alır (Aleksandr Düma, Jorj Sand, Jül Vern və digərləri.). Sonda, qonaqlar ziyafət kokteyli mərasimində sərgi haqda müzakirələr apardılar. 

 

Sərgi Azərbaycan Milli İncəsənət Muzeyində 2022-ci ilin 15 fevral tarixinədək ictimaiyyətə açıqdır. 

Sərgi haqda ətraflı məlumat üçün http://www.ifa.az/az/node/776 

 

 

 




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.