Bakı kitab mərkəzində çıxış : fransızsayağı Hüquq və Ədəbiyyat
Groupe "Azərbaycan"
Lyon 2 Universitetinin hüquq fakültəsinin dekanı cənab Giyom Protyerin hüquq mövzusunda yazdığı əsərlərinin təqdimatı
Cənab Giyom Protyer 2015-ci ildən etibarən Fransada Lyon Lümyer 2 Universitetinin Juli-Viktuar Dobye adına hüquq fakültəsinin dekanıdır və Bakı Kitab Mərkəzində öz əsərlərini şifahi şəkildə çıxış edərək təqdim edəcək. Nitqi Azərbaycan dilinə tərcümə olunacaq.
Çıxışın məzmunu :
- Cənab Giyom Protyerin dissertasiyasının mövzusu : Ərazi hakimiyyəti. Siyasi desentralizasiya mövzusunda esse (Sarrebruck, Editions universitaires européennes, 2010) ;
- « Tənqidi hüquq nizamnaməsi » adlı əsərdə yer almış, virtual aləmlərə həsr olunmuş məqalə.
Universitetlərarası əməkdaşlıq çərçivəsində, Cənab Giyom Protyer Fransa Səfirliyinin dəstəyi ilə Bakı Dövlət Universiteti tərəfindən əqli mülkiyyət hüququ sahəsində ikili fransız dilli magistratura proqramı tətbiq etmək üçün dəvət olundu.
Commentaires
Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.