Bakıda fransız tələbəsinin təəssüratları
"Adım Julietdir, mən Lyonun ISCPA-nın jurnalistika fakultəsinin tələbəsiyəm. Azərbaycan mədəniyyəti haqqında daha çox məlumat əldə etmək və eyni zamanda ADA Universitetinin təhsil sistemindən bəhrələnmək üçün son semestrimi Bakıda bitirməyə qərara aldım. Bakıya gəlməmişdən öncə ADA Universiteti mənə xoş münasibət göstərdi. Bakıya gəlişimə və universitetə intergrasiya məsələsində mənə köməklik etdilər. İnteqrasiya etməkdə heç bir problemim olmadı, tələbələr mehribandırlar və mədəniyyətlərini, yeməklərini bölüşməkdən və ya çay süfrəsi arxasında söhbət etməkdən məmnundurlar. ERASMUS programı müddətində Universitet beynəlxalq tələbələrə Azərbaycan dilini öyrənmək imkanı yaratdı və bir çox mədəniyyət tədbirləri və ya səfərlər təşkil olundu (Dövlət Xalça Muzeyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı), həmçinin Bakıdan kənarda səyahətlər də təşkil olundu: Şəki, Qobustan, Gəncə, Qəbələ. ADA-da keçirilən dərslər çox zəngindir. ERASMUS təcrübəsi mənə dünyanın hər yerindən insanlarla tanış olmaq, mədəniyyətləri öyrənmək və yeni fənlər kəşf etmək imkanı verdi".
Comments
You must be logged in to leave a comment. Log in