Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Bakı Dövlət Universiteti ilə Lümyer Lion 2 Universiteti arasında « əqli mülkiyyət hüququ » ixtisası üzrə ikili magistr diplomu

01 iyun 2022 İşlər
Görülmüş 8 fois

Bakı Dövlət Universiteti ilə Lümyer Lion 2 Universiteti arasında « əqli mülkiyyət hüququ » ixtisası üzrə ikili magistr diplomu proqramının bir illiyi münasibəti ilə ziyafət (27 may 2022-ci il, Fransa iqamətgahı). 

 

27 may 2022-ci il tarixində Fransa iqamətgahında Cənab Səfir Zakari Qrosun rəhbərliyi altında Bakı Dövlət Universiteti (BDU) ilə Lion 2 Universiteti arasında əqli mülkiyyət hüququ sahəsi üzrə ikili magistr diplomu proqramının 1 illiyi qeyd olundu. Hal-hazırda magistraturanın 1-ci kursuna qeydiyyatdan keçənlər və gələn sentyabrda magistraturanın 1-ci kursuna qoşulmaq üçün fransız dili hazırlıq qrupuna qəbul olan bütün magistr tələbələri burada iştirak etdilər və təltif olundular. Bir xanım tələbə birinci qrup adından və bir bəy tələbə ikinci qrup adından çıxış etdilər. 

 

Bu tədbir 2021-ci ilin sentyabrından başlayan bu ikili diplomun əsas aparıcılarının iştirakı ilə baş tutdu: Cənab Nicat Məmmədli, ali təhsil üzrə təhsil nazirinin müşaviri, Cənab Şahin Pənahov, BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Cənab Zaur Əliyev, BDU-nun hüquq fakültəsinin dekanı, Cənab Əmir Əliyev, BDU-nun magistratura proqramları üzrə məsul şəxsi, Cənab Aleksandr Kikerez, Lion 2 Universitetinin əqli mülkiyyət hüququ üzrə ikili magistr diplomu proqramı üzrə məsul şəxsi və mühazirə müəllimi, eləcə də Azərbaycan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinnin direktoru. Səfirlik və IFA komandasını əməkdaşlıq və mədəni işlər üzrə müşaviri Jerom Kel və İFA-nın (Azərbaycanın Fransa İnstitutu) direktor müavini Conatan Ünlü və iki fransız dili müəllimi təmsil edirdi.

 

Bütün bu şəxsiyyətlər 2021-2022-ci illərdə başlanmış bu gənc proqramın uğurunu vurğuladılar. Il forme une dizaine d’étudiants chaque année, en anglais et en français, à des questions essentielles pour l’insertion de l’Azerbaïdjan sur le marché international des affaires. Bu proqram hər il təxminən on tələbəni ingilis və fransız dillərində Azərbaycanın beynəlxalq biznes bazarına daxil olması üçün vacib məsələlər üzrə formalaşdırır.

image

image

image

image

image

 

 




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.