Seçiminiz IF Cinéma (IF Cinéma à la carte) platformasının iyun ayı üçün təklifi ! Fransız filmlərini ödənişsiz şəkildə və onlayn izləmək imkanı !
Seçiminiz IF Cinéma (IF Cinéma à la carte) platformasının iyun ayı üçün təklifi ! Fransız filmlərini ödənişsiz şəkildə və onlayn izləmək imkanı !
Yayın və gözəl günlərin gəlişi münasibətilə Seçiminiz IF Cinéma platforması yenidən qarşınızda ! 1-30 iyun tarixlərində 10 filmdən artıq seçmə filmləri təmənnasız, qeydiyyatsız və limitsız şəkildə izləməkdən yararlanın. Beləliklə, iyun ayı kino ayı elan olunur və hər kəsi telefonları, planşetləri və kompüterləri hazırlamağa dəvət edirik !
Görüş yeri - IF Cinéma à la carte !
İyun ayının proqramı fərqli mövzular ilə zəngindir : sənədli, animasiya, komediya və drama janrında filmlər. Proqramda uşaq və böyüklər üçün ümumilikdə 9 uzunmetrajlı və 7 qısametrajlı film təqdim olunur.
Bütün filmlər müxtəlif dillərdə alt-yazıları ilə təqdim olunurlar : fransız, ingilis, rus, türk...
Mari Sofi Şambonun ‘’100 kilos d'étoiles’’ (2019), ( ‘’100 kilo ulduz’’) filmi
Xülasə : 16 yaşlı Loisin bir tək arzusu var : astronavt olmaq. Fizika fənnindən güclü olmasına baxmayaraq Loisin bir tək problemi onun 100 kilo çəkisi olmasıdır ki, bu ona nəsillikcə ötürülüb. Hər şeyin bitdiyini düşünən anda o, onunla kosmosa birgə getməyə hazır olan və həyatlarında çətin anlar yaşamış 3 (Ameli, Stanna və Jüstin) yeniyetmə qız ilə rastlaşır.
Valid Mattarın ‘’Vent du nord’’ (2017), ( ‘’Şimal küləyi’’) filmi
Xülasə: Fransanın şimalı. Ervenin zavodu yer dəyişməsi edir. Erve yeni məkana getməkdən imtina edir çünki onun yeganə arzusu balıqçı olub bu sənəti oğluna öyrətməkdir. Tunis şəhərinin şəhər kənarı. Zavod yeni məkana köçdü. İşsiz olan Fued bu imkandan yararlanaraq anasına qulluq etməyi və ələlxüsus olaraq sevdiyi qızı cəlb etməyi fikirləşir. Erve və Fuedin həyat yolları kəsişir, bir-birinə bənzəyir və qarşılıqlı cavablara suallar tapır.
Katrin Korsinin ‘’Un amour impossible’’ (2018), ( ‘’Yasaq sevgi’’) filmi
Xülasə : 50-ci illərdə adi ofis işçisi Raşel burjua ailəsindən olan Filip ilə tanış olur. Onların əlaqəsindən kiçik Şantal adlı qız uşağı anadan olur. Fərqli sosial təbəqələrə aid olduqlarından Filip Raşel ilə evlənməyə tərəddüd edir. İllər boyunca Raşel Filipin qızlarını tanıması üçün mübarizə aparır.
Olivye Ayaş-Vidalın ‘’Les Grands esprits’’ (2017), ( ‘’Böyük Zəkalar’’) filmi
Parisin prestijli məktəbi sayılan Anri İV -də ədəbiyyat dərsi keçən Fransua Fuko Təhsil Nazirliyi Tərəfindən şəhərdən qıraq az təminatlı ailələr yaşayan qəsəbəyə müəllim təyin edilir. Dövlət proqramı çərçivəsində ən yaxşı və təcrübəli müəllimlər bu cür qəsəbələrdə yerli məktəblilər ilə təmasda olub onların təhsil səviyyələrini qaldırmaq ilə məşğul olmalıdırlar.
Anes Jauinin ‘’Place publique’’ (2018), ( ‘’İctimai məkan’’) filmi
Xülasə : Vaxtilə məşhur televiziya aparıcısı Kastronun hazırda işləri ürəkaçan deyil. Bu gün onun sürücüsü Manü onu prodüseri Natalinin Paris şəhəri yaxınlığında təzə aldığı həyət evinə ‘’ev gördü’’ qonaqlığına aparır. Natalinin bacısı və Kastronun keçmiş həyat yoldaşı Elendə şənliyə dəvətlidir. Gənc ikən onların dünya görüşləri üst-üstə düşürdü. Yalnız məşhurluq Kastronun daha praqmatik (tamahkar) olmağa vadar edir halbuki Elen öz inanclarına sadiq qalır.
Marqo Bonomun ‘‘Marche ou crève’’ (2018), ( ‘’Gəz və ya məhv ol’’) filmi
Xülasə : Çılğın və həyatsevər yeniyetmə Eliza yay aylarını ailəsinin Verkorda yerləşən və özünün böyüyüb başa çatdığı evində keçirmək istəyir. Artıq azad həyat yaşamağı başlamaq istərkən anası evi tərk edir və beləcə o atası ilə birgə fiziki məhdudiyyəti olan bacısına qulluq etməyə məcbur olur. Bu öhdəliyin ağırlığı onun həyat eşqini nifrətə çevirir və o həttə çatır ki, bir ayağından məhrum olur.
Mats Qrorunun ‘‘Wardi’’ (2018) filmi
Ansi Beynəlxalq Animasiya film Festivalının Xüsusi Kateqoriyaya aid filmi
Xülasə : Beyrut, Livan, bu gün. 11 yaşlı gənc fələstinli Vardi bütün ailəsilə dünyaya göz açdığı məcburi köçkünlər üçün salınmış şəhərcikdə yaşayır. Vardinin sevimli ata-babası Sidi, 1948-ci ildə öz kəndindən didərgin salınaraq bura ilk köçənlərdəndi. Babası Vardiyə Qalileyada yerləşən evinin açarını verdiyi gün Vardi onun oraya bir daha dönə bilməyəcəyini düşünərək ona bu açarı verdiyini zənn etdi. Bütün ailə üzvləri balaca qızcığazın bu ümidi itirməmək üçün nə etməlidirlər ?
Jil Pere və Fransua Rufinin ‘‘J’veux du soleil’’ (2019), ( ‘‘Mən günəş istəyirəm’’ ) filmi
Xülasə : Bugünkü Fransaya aid road-movie filmi ! Jil Pere və Fransua Rüfin yumor hissilə və kameraları ilə birgə Fransada yol səyahətinə çıxırlar və hər dairəvi yolda sanki sürpriz qutusuna açmış olurlar. İçindən nə çıxacaq ? Gülüş və ya göz yaşları ? Əsəb və ya sevinc ? Sənət əsəri və ya ümidsizlik ? Bu iki həmkar bizlərə insanlıq nümunəsi verərək, adətən bu möcüzəli anı qadınlı, kişili necə ayaqüstə qalaraq və yenidən duraraq öz xoşbəxtliklərini qürurla, gözəlliklə tələb etməklərini göstərirlər.
Matyö Sapənin ‘‘Le poulain’’ (2017), ( ‘‘Dayça’’ ) filmi
25 yaşlı siyasətlə yəni məşğul olan Arno Jores təsadüfi şəkildə prezident seçkilərində iştirak edəcək bir namizədin işçi heyətinə üzv olur. O, ictimaiyyətlə əlaqələr üzrə şöbənin direktoru, güclü və təcrübəli qadın Anes Karadzikin köməkçisi kimi işə başlayır. Direktoru ona heyfi gəlmədən seçki kampaniyasının incəliklərini görsədir və Arno onun yanında işçi heyət arasında tamaşaya bənzər hadisələrə şahid olur və getdikcə öz saflığını unudaraq və pillə-pillə qalxaraq bir strateji vəzifəyə qədər dirçəlir.
Görüş yeri - IF Cinéma à la carte !
Commentaires
Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.