Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Beynəlxalq Qadınlar Gününə və Fransanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində ali təhsil və tədqiqat sahəsində Qlobal Avropa mövzusunda Marsel konfransına həsr olunmuş 9 mart tarixində UFAZ-da keçirilən “Women in Science / Elmdə Qadınlar” konfran

11 mart 2022 İşlər
Görülmüş 25 fois

Martın 9-da UFAZ-da (Azərbaycan-Fransız Universiteti), AWis (Elmdə Azərbaycan Qadınları) və Fransa səfirliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Qadınlar Gününə və Fransanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində ali təhsil və tədqiqat sahəsində Qlobal Avropa mövzusunda Marsel konfransına həsr olunmuş Marsel Konfransına həsr olunuş “Women in Science / Elmdə Qadınlar” konfransı keçirilib.

Bu dəyirmi masa vasitəsilə tədbirin kişi və qadın spikerləri məktəb və tələbə qızları təhsil almağa və elm aləmində karyera qurmağa həvəsləndirmək üçün onlara ilhamlanmaq və əzmli olmaq mesajı göndərdilər.

Konfrans beş əsas şəxsiyyətin çıxışları ilə açıq elan olunmuşdur : ilk olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Prorektoru Professor Rafiq Camalov, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələr komitəsinin vitse-prezidenti Xanım Sevinc Fətəliyeva, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi Xanım Aysel Kərimli tarixi və statistik nöqteyi nəzərindən Azərbaycanda qadınların mövqeyini vurğuladılar. Onlar Azərbaycan ali təhsilində qadınların güclü mövqeyini  və bu sahədə Azərbaycan hökümətinin qadınların xeyrinə həyata keçirdiyi tədbirləri vurğuladılar. Xüsusilə qeyd etmək lazımdır ki, bütün sahələrdə çalışan tədqiqatçıların 56%-ni qadınlar təşkil edir. Daha sonra Fransa səfirliyinin əməkdaşlıq və mədəni işlər üzrə müşaviri Jerom Kel Fransa və Avropa İttifaqının siyasətlərində paritet və bərabərlik məsələlərinin vacibliyini vurğulayaraq, hələ də əldə edilməli olan irəliləyişlərin miqyasını vurğuladı.

Sonda isə Strazburq Universitetinin proqnozlaşdırma və strateji işlər komissiyasının vitse-prezidenti Xanım Katrin Floran universitet tərəfindən gender bərabərliyi lehinə həyata keçirilən tədbirlər barədə konkret izahat verdi.

Daha sonra əsasən orta məktəb və universitetlərin qız tələbələrindən ibarət auditoriya müxtəlif sahələrdən olan qadın alimlərnin çıxışlarını dinləyib.

Strasburq Universitetinin Bərabərlik, Paritet, Müxtəliflik komissiyasının vitse-prezidenti professor İzabel Kraus və Strasburq Universitetinin Yer Elmləri Observatoriyası və Məktəbinin direktor müavini Alessia Maggi son 30 ildə əldə edilən irəliləyişləri vurğulayaraq yeni və gələcək qadın alimlərinə həvəsləndirici və ümidverici mesaj göndərdilər.

Daha sonra BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yerli ofisinin bərpa olunan enerji mənbələri üzrə məsləhətçisi Mədinə Hacıyeva, ‘’Azerbaijani Women in Science’’ assosiasiyasının təsisçisi və direktoru Günel Ağabəyli və UFAZ tələbəsi Ləman Cəlilova çıxışlarını Azərbaycan kontekstinə uyğunlaşdıraraq nitqlərinə başladılar. Onlar gənc qadınların bəzən rastlaşa biləcəyi stereotiplərə qarşı bir neçə ilhamverici sitatla kəsişən həvəsləndirici nitq söylədilər, məsələn, “Kişiyə təhsil verməklə siz savadlı insan, qadına təhsil verməklə savadlı ailə əldə edəcəksiniz” və ya hətta "Məqsədinizi yüksək tutun, qalanını isə cazibə qüvvəsi görəcək" deyərək, iştirak edən gənc qadınları istədikləri işləri komplekssiz və qətiyyətlə davam etdirməyə çağırdılar.

Sonda dəyirmi masa sual-cavab sessiyası ilə davam etdirilib və burada ali məktəb və universitet tələbələrindən ibarət gənc nəsillərin elm aləmində uğur qazanmaq üçün böyük motivasiyası vurğulanıb.

 

Azertag : https://azertag.az/xeber/2046368

ASOIU : http://www.asoiu.edu.az/az/news/1592-ufaz-da-ali-tehsil-tedqiqat-ve-innovasiyalar-uezre-qlobal-avropada-qadinlar-elmde-moevzusunda-konfrans-kecirilib

 




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.