Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

10 mart-10 aprel tarixlərində onlayn keçiriləcək «Frankofoniya 2021» sezonunda fransız kinosu və fransız dilinə xüsusi yer ayırılıb.

18 mart 2021 Culture
Görülmüş 73 fois

19 mart tarixində canlı yayım vasitəsilə «frankofon qadınlar, dözümlü qadınlar» - ı (Bakı saatı ilə saat 14.00-da), «İF cinéma Frankofoniya» xüsusi buraxılışını və yeni « frankofonların Lüğəti» -ni kəşf edə bilərsiniz.

 

Frankofoniya 2021 bayramı bu il 10 mart – 10 aprel tarixində tamamilə onlayn şəkildə keçiriləcəkdir. Bu buraxılışda önə çıxan əsas üç mövzular : Beynəlxalq Frankofoniya Günündə frankofon qadınlar; Fransa Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan fransız dili və Frankofoniya Həftəsi çərçivəsində fransız dilinə aid xüsusi proqram ; eləcə də İF Cinéma platforması üzərindən ödənişsiz, onlayn filmlər.

«Beynəlxalq Frankofoniya Günü» -nün təqdimatı

Hər il 20 mart tarixində dünya üzrə fransız dili istifadə olunan eləcə də az sayda istifadə olunan ölkələrdə Beynəlxalq Frankofoniya Günü qeyd olunur. Bu tarix Niamedə (Niger) 20 mart 1970-ci ildə yaradılan və sonradan Beynəlxalq Frankofoniya Təşkilatı adını götürən mədəniyyət üzrə əməkdaşlıq Agentliyinin yaranması ilə üst-üstə düşür. Beynəlxalq Frankofoniya Gününün 2021 -ci il buraxılışı Frankofoniyanın prezidentinin istəyi nəticəsində «Frankofon Qadınlar, dözümlü Qadınlar» mövzusu altında qeyd ediləcəkdir.


Beynəlxalq Frankofoniya Günü : «canlı yayımda Frankofoniya»

Beynəlxalq Frankofoniya Təşkilatı 19 mart tarixində canlı yayım vasitəsilə «Frankofon Qadınlar, dözümlü Qadınlar» mövzusu ətrafında  «Canlı yayımda Frankofoniya» proqramını təqdim edəcəkdir. #LaFrancophonieAvecElles #Mon20mars

Proqram (Fransa saatını nəzərə alaraq tərtib olunmuşdur, Bakı ilə 3 saat fərqi nəzərə almaq lazımdır : Bakı saatı ilə saat 12.00-da, Paris saatı ilə saat 09.00-da):

  • 00-12.00 : Xanım Beata Umubyeyi Meresə «Min bir yerə dağılmış övladların» romanına görə Prix des Cinq Continents 2020 mükafatının təqdimatı;
  • 00-15.30 : « Debat », haqqsızlıqlara qarşı ictimai mövqe tutan qadınların dilindən ;
  • 30-17.00 : frankofon incəsənət xadimlərinin.

 

Tədbiri canlı olaraq 19 mart saat 11.00-dan etibarən (Bakı saatı ilə saat 14.00) Beynəlxalq Frankofoniya təşkilatının Facebook səhifəsi üzərindən izləyə bilərsiniz : https://www.facebook.com/OIFrancophonie/

 

  

 

«Fransız dili həftələri və Frankofoniya bayramı» - nın təqdimatı

Fransa Mədəniyyət Nazirliyi hər il Fransız dili Həftələri və Frankofoniya bayramını təşkil edir. 2021-ci il buraxılışı 13 -21 mart tarixlərində baş tutacaqdır. Bu ilki buraxılışın mövzusu «Bir kasa hava ! », fəxri təmsilçisi isə «Dayə» romanına görə Qonkur 2016 mükafatının laureatı yazıçı və jurnalist Leyla Slimanidir. Həftənin iki mühim tədbiri : frankofonların İnşasıfrankofonların Lüğətinin təqdimatı.

Fransız dili və Frankofoniya : Frankofonların Lüğəti

Fransanın Prezidenti Emanuel Makronun Frankofoniya 2018 Bayramı çərçivəsində layihəsi elan edilən « Frankofonların Lüğəti ». Layihə 3 il ərzində hazırlanıb və 16 mart 2021-ci il tarixində təqdim olunmuşdur.

Lüğət mobil tətbiqetmə formasında mobil telefon və planşetlərdə istifadə üçün nəzərdə tutulub. Dünya üzrə fransız dilinin işləndiyi bütün ölkələrdən toplanmış minlərlər söz bir tətbiqetmədə mövcud olacaqdır. Artıq təxmini 500 000 söz və ifadə qeydə alınıblar. Onların arasında Kvebekdən (le clavardage, le pourriel), Konqodan (l’eau à ressort, lancer un chameau)…

Fransız dilini hamıya məxsus olduğunu nəzərə alaraq sonradan hər bir kəs tanıdığı və bildiyi yeni sözləri oraya əlavə edə biləcək !

Dünyada bir ilk olan bu layihə Frankofoniyanın tanınmış mütəxəssislərinin elmi ambisiyalarını doğrultmaq üçün yeni metodlardan istifadə edərək Professor Bernar Serkiqlinin müşayiəti altında ərsəyə gəlmişdir.

Lüğəti nəzərdən keçirmək üçün : https://www.dictionnairedesfrancophones.org/


«Seçiminiz İF cinéma»

2020-ci ildə Fransız İnstitutu İF Cinéma platforması üzərindən «Seçiminiz İF cinéma» təklifini təqdim etdi. Məqsəd ? Hamı üçün ödənişsiz, onlayn, oturacaqdan tərpənmədən izlənilə biləcək fransız filmlərini təqdim etmək. Beləliklə, hər ay seçmə fransız filmlərini onlayn və ödənişsiz şəkildə izləyə biləcəksiniz.



10 mart – 10 aprel tarixlərində təqdim olunacaq filmlər

Ümumilikdə 6 saatdan ibarət və müxtəlif dillərdə mövcud alt-yazıları ilə (ingilis, rus, türk…) 1 sənədli və 3 bədii film. Hansı janrı (dram, komediya və ya sənədli film) sevdiyinizdən asılı olmayaraq bu seçmə filmlər sizin zövqünüzə oxşayacaqlar.

 

  • Fransanın Brötan regionunda anadan olan rejissor Kristof Onorenin «Sofinin dərdləri» Film Sequr Qrafiniyasının 1858-ci ildə dərc olunmuş gənc Sofinin qəzəbli ögey anası ilə yaşadığı konflikt haqqda yazılmış tanınmış əsəri əsasında çəkilmişdir.
  • Əlcəzairdə anadan olan fransız rejissoru Dominik Kabreranın « Pərvaz Kenedi » Film Aralıq dənizinin sahilində yerləşən Marsel şəhərində müxtəlif təbəqələrə aid gənclərin qarşılaşması haqqda danışır. Türk dilində mövcud alt-yazıları.
  • Fransada təhsil almış və sonradan buraya köçmüş amerika və islandiyalı rejissor Solveyq Anspaxın « Lulu » Film bir neçə gün içində yenidən azad olmağa qərar verən qadın haqqda bəhs edir.
  • Tunisdən olan rejissor Fərid Buqedirin « Afrikanın Kamerası » sənədli filmi. Film Afrikanın Böyük Səhrasında Müəllif filmlərinin ilk 20 ili haqqda bəhs edir.

 

Filmlərə necə baxmaq olar ?

Çox asan ! Link : https://ifcinema.institutfrancais.com/fr/streaming/alacarte

 

Hamının Frankofoniya Bayramını təbrik edirik! 




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.