Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Şəki bölgəsində yaşayan frankofon namizədlər üçün yarışma : « Qədim Şəki turu Aleksandr Dümanin xatirələri ilə » adlı gəzinti marşrutu.

17 mart 2021 Culture
Görülmüş 52 fois

Mükafat : Fransaya səyahət.

Nəticədə: özünüzə qədim Şəki şəhərinin fransızdilli turist bələdçisi olmaq şansı verin.

Namizədliyə çağırış : son tarix 15 aprel

 

Məşhur Fransız yazıçısı Aleksandr Düma 19-cu əsrdə Şəkidə olmuşdur. Bu epizodu o, 1858 və 1859-cu illərdə bu bölgəyə etdiyi səyahətdən bəhs edən « Qafqaza səyahət » adlı kitabında işıqlandırır.

Şəki Regional Turizm İnformasiya Mərkəzi, yaxın gələcəkdə xarici qonaqlar üçün Şəkidə Aleksandr Dümanın xatirələri əsasında « Qədim Şəki turu Aleksandr Dümanin xatirələri ilə » adlı gəzinti turu təşkil etməyi planlaşdırır.

Fransanın Azərbaycandakı Səfirliyi və Fransız İnstitutu bu layihənin həyata keçirilməsini təşviq etmək arzusundadır və bu məqsədlə, Şəkidə yaşayan, bələdçisi kimi ilk təcrübəsi olan gənc frankofonlara həsr olunmuş bir müsabiqə təşkil edir. Müsabiqənin qalibi Fransa səyahət və Şəki Regional Turizm Məlumat Mərkəzinin bu marşrut üzrə frankofon bələdçisi olmaq imkanı qazanacaqdır.

Bu müsabiqə iki mərhələdə təşkil ediləcək: Birinci mərhələ, Alexandre Dümanın Şəki xatirələri marşrutunun ümumi təqdimatından faydalanmaq üçün dosya üzərindən və şifahi müsahibə vasitəsilə üç fransız dilli namizədin seçilməsinə imkan verəcəkdir. İkinci mərhələdə bu marşrut üzrə bir nəfər ən yaxşı fransızdilli turist bələdçi birinci mükafatı qazanacaq.

Müsabiqənin təqdvimi və şərtləri barədə tanış olun.

Sənədlərinizi göndərməyə tələsin : son tarix 15 aprel 2021-ci il




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.