![](/ressources/css/images/arrow_dwn.png)
![](/ressources/temp/images/80_851_0011778563x566_66666666667_1251485546_2021123527-1615548809-format-site-faa-2.jpeg)
Seçiminiz İF Cinéma – Frankofoniya sezonu : onlayn ödənişsiz fransız filmləri. 10 mart – 10 aprel 2021 tarixlərində.
Seçiminiz İF Cinéma – nın ‘’ Frankofoniya sezonu’’ adlanan silsilə filmlər buraxılışı : onlayn ödənişsiz fransız filmləri : 10 mart – 10 aprel tarixlərində : 4 fransız filmi ( ingilis, rus dillərində və biri türk dilində mövcud alt-yazıları ilə).
«Seçiminiz İF cinéma»
2020-ci ildə Fransız İnstitutu İF Cinéma platforması üzərindən «Seçiminiz İF cinéma» təklifini təqdim etdi. Məqsəd ? Hamı üçün ödənişsiz, onlayn, oturacaqdan tərpənmədən izlənilə biləcək fransız filmlərini təqdim etmək. Beləliklə, hər ay seçmə fransız filmlərini onlayn və ödənişsiz şəkildə izləyə biləcəksiniz.
2021-ci ildə təklif 8 mart Beynəlxalq Qadınlar Gününə özəl ilk olaraq fransız qadın rejissorlarının filmlərinə həsr edilmişdir. 10 mart – 10 aprel tarixlərində, Frankofoniya bayramına özəl olaraq, «Seçiminiz İF cinéma» təklifi frankofon qadın və kişi rejissorlarının filmlərini təqdim edəcək.
10 mart – 10 aprel tarixlərində təqdim olunacaq filmlər
Ümumilikdə 6 saatdan ibarət və müxtəlif dillərdə mövcud alt-yazıları ilə (ingilis, rus, türk…) 1 sənədli və 3 bədii film. Hansı janrı (dram, komediya və ya sənədli film) sevdiyinizdən asılı olmayaraq bu seçmə filmlər sizin zövqünüzə oxşayacaqlar.
- Fransanın Brötan regionunda anadan olan rejissor Kristof Onorenin «Sofinin dərdləri» Film Sequr Qrafiniyasının 1858-ci ildə dərc olunmuş gənc Sofinin qəzəbli ögey anası ilə yaşadığı konflikt haqqda yazılmış tanınmış əsəri əsasında çəkilmişdir.
- Əlcəzairdə anadan olan fransız rejissoru Dominik Kabreranın « Pərvaz Kenedi » Film Aralıq dənizinin sahilində yerləşən Marsel şəhərində müxtəlif təbəqələrə aid gənclərin qarşılaşması haqqda danışır. Türk dilində mövcud alt-yazıları.
- Fransada təhsil almış və sonradan buraya köçmüş amerika və islandiyalı rejissor Solveyq Anspaxın « Lulu » Film bir neçə gün içində yenidən azad olmağa qərar verən qadın haqqda bəhs edir.
- Tunisdən olan rejissor Fərid Buqedirin « Afrikanın Kamerası » sənədli filmi. Film Afrikanın Böyük Səhrasında Müəllif filmlərinin ilk 20 ili haqqda bəhs edir.
Filmlərə necə baxmaq olar ?
Çox asan ! Link : https://ifcinema.institutfrancais.com/fr/streaming/alacarte
Commentaires
Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.