Bakı Dövlət Universiteti və Lumière Lyon 2 Universiteti, 2021-2022 tədris ilinin əvvəlindən əqli mülkiyyət hüququ üzrə magistr dərəcəsi proqramına başlayır.
Bakı Dövlət Universitetinin tələbələri üçün ingilis və fransız dillərində əqli mülkiyyət hüququ üzrə ikili magistr dərəcəsinin açılışı üçün əməkdaşlıq müqaviləsinin imzalanması mərasimi (16 aprel 2021-ci il).
Bakı Dövlət Universiteti (BDU) və Lumière Lyon 2 Universiteti 16 aprel 2021-ci il tarixində, Fransanın Azərbaycandakı Səfirliyinin yüksək himayəsi altında, əqli mülkiyət hüququ sahədə ikili magistr dərəcəsinin yaradılması ilə bağlı əməkdaşlıq müqaviləsinin onlayn imzalanma mərasimi keçirdi. Bu müqavilə Bakı Dövlət Universitetinin rektoru Cənab Elçin BABAYEV və Lyon 2 Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti cənab Jim WALKER tərəfindən imzalandı. Müqavilə Fransanın Azərbaycandakı səfiri Cənab Zacharie GROSSun və Azərbaycan Əqli Mülkiyyət Agentliyinin idarə heyyətinin sədri cənab Kamran İMANOVun iştirakı ilə imzalanmışdır. Müqavilənin işlənib hazırlanmasında və həyata keçirilməsində məsul olan əsas aktyorlar, Bakı Dövlət Universitetinin tələbələrinə yüksək keyfiyyətli universitet proqramı təklif etmək üçün iki universitetin hüquq fakültələri arasında iki illik intensiv ortaq işin yekunlaşmasından məmnunluqlarını ifadə etdilər. Bu işdə əsas əməyi keçənlər, BDU-nun hüquq fakültəsin dekanı Cənab Əmir ƏLİYEV və Lion 2 Universitetinin Julie-Victoire Daubié adına hüquq fakültəsinin dekanı Cənab Qiyom POTİER və dekan müavini Aleksandr KİKİREZdir.
Bu proqram ingilis və fransız dillərində tədris ediləcək və dərslərin əksər hissəsi Lyon 2 Universitetinin müəllimləri tərəfindən aparılacaqdır. Proqram tədrisi əsasən fransız dilində nəzərdə tutulan ilk fransız-azərbaycan ikili diplom proqramıdır. Əvvəl mövcud olan ikili diplomlar ancaq ingilis dilindədir. Bu baxımdan, iki universitet bu proqram çərçivəsində planlaşdırılan fransız dili kurslarının və fransız dili imtahanlarının keçirilməsinə görə məsuliyyəti Azərbaycan Fransız İnstitutuna həvalə etdilər.
Bu proqram Azərbaycanda intellektual mülkiyyət hüququ üzrə mütəxəssislərin yeni nəsillərini hazırlamağa imkan verəcək, xüsusilə Milli Agentliyi bu sahədə müşayiət edəcəkdir. 2021-2022 tədris ilinin əvvəlindən etibarən başlayacaq bu proqrama ilkin mərhələdə ilk buraxılış üçün ona qədər tələbə qəbul olacaqdır. Daha sonra ehdimal ki, say artacaqdır. Müqavilə 5 illik yenilənə bilən müddət üçün imzalanmışdır. Bu hüquq sahəsindəki imzalanmış ilk fransız-azərbaycan ikili diplomudur (digərləri elm və biznes sahəsini əhatə edir).
Commentaires
Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.