Səfirliyin təhsil, universitet və mədəniyyət əməkdaşlığı sahəsində əsas azərbaycanlı tərəfdaşları ilə strateji istiqamət Şurasının iclası. (15 aprel 2021-ci il)
Fransa Səfirliyi davam edən fəaliyyətləri və ümumi prioritetləri müzakirə etmək üçün əsas azərbaycanlı tərəfdaşları ilə təhsil, universitet və mədəniyyət sahəsində əməkdaşlıq fəaliyyətlərinin strateji istiqamət Şurasının ilk iclasını keçirdi.
15 aprel tarixində Fransa Səfirliyi təhsil, universitet və mədəniyyət əməkdaşlığı sahəsində strateji istiqamət Şurasını təşkil etdi. Tədbir onlayn baş tutdu. Tədbir gün ərzində üç fərqli tematik sessiya ilə baş tutdu: fransız dilinin təbliği və tədrisi sahəsində əməkdaşlığa həsr olunmuş bir sessiya, ali təhsil əməkdaşlığı sahəsində ikinci sessiya və mədəniyyət fəaliyyəti sahəsində üçüncü sessiya.
Fransız dili sahəsində əməkdaşlığa həsr olunmuş sessiya bu sahədə əsas fəal azərbaycanlı aktyorları bir araya gətirdi: Keçmiş Baş Nazir və hazırki prorektor Novruz MƏMMƏDOV və digərləri tərəfindən təmsil olunan Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti (Fransız dili kafedrası), APFAZ (Azərbaycan fransız dili müəllimləri assosiyasiyası) və Bakı fransız Liseyi. Azərbaycan fransız İnstitutunun direktor müavini, Cənab Conatan UNLU bu sahədə səfirliyin əsas fəaliyyət istiqamətlərini təqdim etdi ( Gücləndirilmiş fransız dili tədrisi üzrə pilot bölmələr, Azərbaycan məktəbləri üçün yeni fransız dili xarici dil dərslikləri konsepsiyası, ölkədə frankofon resurs mərkəzlərinin təchizatı, fransız dili müəllimləri üçün davamlı təlim sessiyası, "İF profs"un canlandırılması, TCF və DELF-DALF imtahan götürən və düzəliş verənlərin bazasının gücləndirilməsi, Bakı fransız Liseyinin ştatının gücləndirilməsinə dəstək, İFA-nın təklif etdiyi dərslərin diversifikasiyası və s.). Müzakirələr ölkədə fransız dili müəllimlərini mövsümü peşə təlimləri ilə təchiz etməyin əhəmiyyətini ortaya qoymağa və həmçinin mümkün qədər, müntəzəm olaraq yeni nəsil şagirdlərə daha yaxşı uyğunlaşdırılmış yeni fransız dili dərsliklərinin təklif olunmasına imkan verdi.
Universitet əməkdaşlığına həsr olunmuş sessiya bu sahədə əsas fəal azərbaycanlı aktyorları bir araya gətirdi: UFAZ (Fransız - Azərbaycan Universiteti), ADA (Azərbaycan Diplomatiya Akademiyası), UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti), Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Erasmus + ofisi, UFC (Universitet Fond Mərkəzi) və TOTAL şirkəti. Səfirliyin əməkdaşlıq və mədəniyyət müşaviri Cənab Jerom KEL bu əməkdaşlıq sahəsində nəticəni və prioritet perspektivləri təqdim etdi ( Fransız universitetlərinə qəbul olmuş 900 azərbaycanlı tələbə və bu göstərici Fransanı ölkənin tələbələri tərəfindən seçilmiş əsas ölkələr arasında təqribən 5-ci yerdə qərar tutmasını göstərir, Fransanın ingilis dilində universitet təhsili təklifi çoxalır (1600-dən çox diplom təhsili), 12 Fransa - Azərbaycan ikili diplomu - elm, ticatət və biznes, hüquq - bunlardan 7-si bakalavr və 5-i magistr diplomudur, bir çox beynəlxalq kredit mobilliyi müqavilələri, diversifikasiya olunmuş və gücləndirilmiş fransız təqaudləri (2020-2021-ci illərdə 37 azırbaycanlı tələbəyə təqaüd verilib), yeni universitetlərarası əməkdaşlıq müqavilələrinin hazırlanması (Azərbaycan Tibb Universiteti ilə Aix Marsel Universiteti arasında, Bakı Dövlət Universiteti ilə, Lion 2 Universiteti arasında, və s, 13 Azərbaycan universitetinin 27-29 aprel tarixlərində keçiriləcək Fransa və şərq tərəfdaşlığı ölkələri arasında universitet əməkdaşlığı üzrə regional Foruma qeydiyyatı). Aparılan müzakirələr tədqiqat sahəsində də əməkdaşlığı inkişaf etdirməyin, doktorantura səviyyəsində təqaüdlərin müəyyən edilməsinin, Erasmus plus proqramını daha yaxşı optimallaşdırmağın və Fransada təhsil almağın ölkə gəncləri üçün dəyərini və üstünlüyünü daha da qiymətləndirmək üçün hal-hazırda yaradılan Fransa Azərbaycan Məzunları Assosiasiyasının əhəmiyyətini vurğulamağa imkan verdi.
Mədəniyyət sahəsində əməkdaşlığa həsr edilmiş sessiya Səfirliyin Mədəniyyət Nazirliyindən və Heydər Əliyev Fondundan olan tərəfdaşlarını, xüsusi olaraq millət vəkili, bu fondun beynəlxalq əlaqələr şöbəsinin müdiri və Fransa-Azərbaycan parlament dostluq qrupunun Sədri Cənab Soltan MƏMMƏDOVun iştirakı ilə baş tutdu.
Müzakirələr əsasən Yves-Saint-Laurentə həsr olunmuş, 1992-ci ildə Fransa-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü münasibətilə təşkil edilə biləcək sərgi layihəsinə aid idi. Azərbaycan fransız İnstitutunun hal-hazırkı əsas layihələri müzakirə edildi (sentyabr ayında Nadar sərgisi, onlayn rəqəmsal fransız ixtirası təklifi, onlayn fransız kinosu təklifi, və s.).
Commentaires
Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.