“Azərbaycanda qadınlar və kişilər arasında bərabərlik üzrə Fransa-Alman Yarışması” nın mükafatlandırma mərasimi. Bazar ertəsi 31 may 2021 (Landmark Oteli)
Fransa və Almaniyanın Azərbaycandakı səfirlikləri 2021-ci ildə ilk dəfə, gənc bir azərbaycanlı qadını ölkəsindəki öhdəlikləri və fəaliyyətlərinə görə mükafatlandıran “Azərbaycanda gender bərabərliyi üzrə Fransız-Alman Mükafatı” müsabiqəsini birgə təşkil etdilər.
Müsabiqənin qalibinin mükafatlandırma mərasimi 31 may tarixində Fransa səfiri cənab Zakari Qros və Almaniya səfirliyinin müvəqqəti işlər vəkili xanım Andrea Suelin sədrliyi ilə keçirildi.
Bu müsabiqə qadınların ictimai həyatda hüquqlarının və yerlərinin möhkəmləndirilməsinə töhfə verən bir azərbaycanlı qadının rəhbərlik etdiyi bir layihəni mükafatlandırmaq məqsədi daşıyırdı. Müraciət edənlər aşağıdakı 5 mövzudan birinə aid layihələr təqdim edə bilərdilər:
- Siyasətdə və/ və ya iqtisadiyyatda dünya üzrə qadın liderliyini gücləndirmək;
- Münaqişələrin həlli və sülhməramlı proseslərdə qadınların rolunun gücləndirilmək;
- Qadına şiddətə qarşı mübarizə aparmaq;
- Cinsi stereotipləri aradan qaldırmaq;
- Sənət və mədəniyyətdə yaradıcı qadınları təbliğ etmək.
Müsabiqənin qalibi, Elm Sektorundakı Azərbaycan Qadınları Assosiasiyasının AWIS (Azerbaijani Women in Science) qurucusu xanım Günel Ağabəyli seçildi. O, ikiqat mükafat qazandı: iyul ayında Sciences Po Paris nəzdində insan hüquqları üzrə bir təlim və peşəkar təcrübəsini zənginləşdirmək üçün Almaniyada praktiki təlim.
Bu assosiasiya 2020-ci ildə Günel Ağabəylinin təşəbbüsü ilə aşağıdakı məqsədlə yaradıldı :
- Azərbaycan qadınlarının elmə marağını gücləndirmək
- Qızları kiçik yaşlarından elmi və akademik fəaliyyətlərə təşviq etmək,
- Qadınların elm sahəsindəki nailiyyətləri barədə ictimaiyyəti məlumatlandırmaq
- Elmi aləmdə qadınların qarşılaşdıqları əngəlləri və bunları aradan qaldırmaq üçün həyata keçiriləcək həll yollarını müzakirə etmək.
Xanım Ağabəyli özü kimya mühəndisidir. Bakı Mühəndislik Universitetində tədqiqatçı kimi çalışdıqdan sonra hazırda Şotlandiya Edinburq Universitetinin Enerji Sistemləri İnstitutunda mühəndislik üzrə doktorant və tədqiqatçı müəllimədir.
Digər dörd iştirakçıya diplomlar və Azərbaycan heykəltəraşı Fuad Abdurrahmanovun məşhur "Azad Qadın" heykəlini əks etdirən fəxri heykəlciyi təqdim olundu :
- Gülbəniz Qənbərova, Azərbaycan Kənd Qadınları Dərnəyi (kənd sektorunda qadın işçilər və/ və ya sahibkarlara dəstək) layihəsi üçün ;
- Nəzrin Quluzadə, FemTech platforması (qadınlar tərəfindən start-up yaradılmasına dəstək platforması) üçün ;
- Aylin Ələkbərli, « Lea » platforması (təcavüz və ya zorakılığın qurbanı olan təhlükədə olan qadınlara yardım platforması) üçün ;
- Rezida Rzayeva, « Azərbaycandan 100 qız » (yeniyetmə qızların fərdi inkişafına dəstək) assosiasiyası üçün.
Bu mərasim, Birləşmiş Millətlər Təşkilatının Rezident Koordinatoru cənab Qulam Isaczai, Avropa Birliyi nümayəndə heyətinin müşaviri xanım Simona Qatti və münsiflər heyətinin 4 azərbaycanlı üzvündən ikisi - WARD QHT-nin sədri Şəhla İsmayıl və Gender Hub Azərbaycan assosiativ şəbəkəsinin həmtəsisçisi xanım Məryəm Məcidovanın iştirakı ilə baş tutdu. Münsiflər heyətinin tədbirdə iştirak edə bilməyən digər iki üzvü Fransa-Azərbaycan Ticarət Palatasının sədri Teyba Quliyeva və « Azərbaycan İş Qadınları » assosiasiyasının sədri Tatyana Mikayılova idi.
Commentaires
Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.