Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Onlayn konfrans: “Fransa və Avropa əmək bazarında gender bərabərsizlikləri: boşluqlar, tendensiyalar, dövlət siyasətləri və problemlər”. 10 iyun - 19.00 (Bakı saatı).

27 may 2021 Karyera
Görülmüş 29 fois

Bu tədbir qadınların iqtisadiyyatda rolu ilə maraqlananlara və onların əmək bazarındakı fəal iştirakını ləngidən amilləri görənlərə, eyni zamanda, Avropa ölkələrində əmək bazarındakı tendensiyalar və dövlət siyasətləri ilə əlaqəli xarici təcrübədən faydalanmaq istəyənlərə yönəldilmişdir.

Fransa səfirliyi “Gender HUB Azerbaijan” şəbəkəsi və Sciences Po Paris ilə əməkdaşlıq çərçivəsində, Xanım Elen Periviye tərəfindən təqdim edilən “Fransa və Avropada əmək bazarında gender bərabərsizliyi: boşluqlar, tendensiyalar, dövlət siyasətləri və problemlər” mövzusunda onlayn konfrans təşkil edir.

Xanım Elen Periviye, OFCE-də iqtisadçı (Science-Po İqtisadiyyat Tədqiqat Mərkəzi), gender tədqiqatları üzrə araşdırma və akademik proqram olan PRESAGE proqramından məsul şəxsdir. O, EGERA (Tədqiqat və Akademiyada Effektiv Gender Bərabərliyi) Avropa layihəsinə koordinatorluq etmişdir (2014-2017). Araşdırmaları əsasən sosial və ailə siyasətlərinə, əmək bazarındakı gender bərabərsizliyinə və ayrıseçkiliyə yönəlmişdir. Xanım Perivier bir müddət öncə müxtəlif mövzularda məqalələr dərc etmişdir: Rejan Sena ilə "Yeni neoliberalizmin ruhu: bərabərlik və iqtisadi rifah" (2018) və Qreqori Verduqo ilə “Gender bərabərliyinə doğru dinamik - Avropa əmək bazarlarında iştirak və məşğulluq” (2018).

Qeydiyyat üçün : https://cutt.ly/EbSADE1

Tarix: 10 iyun, saat 19.00

İngilis dilində, Azərbaycan dilinə tərcümə ilə

Qeydiyyat üçün son tarix: 09.06.2021




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.