FRANSIZ-AZƏRBAYCAN ƏMƏK VƏ KARYERA SƏRGİSİ. 15 OCTOBRE, UFAZ-da (Fransız-Azərbaycan Universiteti)
Fransanın Azərbaycandakı Səfirliyi, UFAZ (Fransız-Azərbaycan Universiteti), AF Chamber (Fransız-Azərbaycan Ticarət Palatası), Fransa azərbaycanlı məzunlar birliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 15 oktyabr 2021-ci il tarixində Fransız-Azərbaycan əmək və karyera sərgisi təşkil etdilər.
UFAZ -ın direktoru və Fransa azərbaycanlı məzunlar birliyinin prezidenti cənab Vazeh Əsgərov Fransa səfiri cənab Zakari Qrosu və Azərbaycan Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq direktoru Tural Əhmədovu açılış nitqi üçün dəvət edərək sərginin açılışını etdi. Sənaye və Neft Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru cənab Rafiq Camalov, AF Ticarət Palatasının prezidenti xanım Teyba Quliyeva, TotalEnergies-in baş direktoru cənab Rejis Aqut da sərginin açılışında çıxış etdilər.
Sərgi, fransız ali təhsilli, fransızdilli və ya digər xarici dildə danışan azərbaycanlı məzunlara Azərbaycanda təklif olunan karyera və iş imkanlarını tanımaq istəyən bütün akademik mənşəli (dil, iqtisadiyyat, hüquq, siyasi elmlər, mühəndislik elmləri, tibb, incəsənət və s.) gənc azərbaycanlılara həsr olunmuşdu. Tələbələr Fransa və Azərbaycan şirkətlərinin nümayəndələri (menecerlər, işəgötürənlər, məsləhətçilər və s.) ilə ünsiyyət qura və Fransada ali təhsil alan bir çox azərbaycanlının peşəkar uğur yolları ilə tanış ola bildirlər.
Sərgiyə bir çox sektordan şirkətlər qatıldı: ABB (Azərbaycan Beynəlxalq Bankı), Alstom, IBIS, Paşa Bank, Schneider Electric, Société Générale, Schlumberger, TotalEnergies. Bu şirkətlər, fəaliyyətləri haqqında və karyera imkanları barədə məlumat və mübadilə xarakterli köşklər təşkil etdilər. Bundan əlavə, sərgidə iştirak edən gənclər müxtəlif sektorlarda məsul vəzifələrdə çalışan və Fransa universitetlərinin məzunları olan bir çox azərbaycanlı mütəxəssisləri dinləmək və onlarla dialoq aparmaq imkanı əldə etdilər: universitet professorları, hüquqşünaslar və ya hüquqi məsləhətçilər, idarəçilər, biznes menecerləri, mədəniyyət, idman və vətəndaş cəmiyyəti mütəxəssisləri.
Sərgi zamanı Bakıda olan əsas fransız təhsil müəssisələri gün ərzində məlumat köşkləri təşkil etdi : Fransız İnstitutu (fransız dili kursları, beynəlxalq sertifikatlaşdırma imtahanları, mediateka), Campus France Azerbaijan (Fransada ali təhsil üzrə bələdçi və hazırlıq agentliyi), Bakı fransız litseyi, UFAZ və UFC (Fransada təhsil üçün hazırlıq kursları).
Yüzlərlə iştirakçının qatıldığı bu sərgini UFAZ-ın direktoru Vazeh Əsgərov, Fransa səfirliyinin əməkdaşlıq və mədəni fəaliyyət müşaviri Jerome Kel və Fransa səfirliyinin iqtisadi müşaviri Lui Tulorq bağladılar.
Tədbirin reportajları ilə tanış olun:
https://www.youtube.com/watch?v=-FYUQajSj0c
Commentaires
Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.