Dəyirmi masa : Ali təhsil, tədqiqat və innovasiya üzrə qlobal Avropada elm qadınları. UFAZ (Azərbaycan-Fransız Universiteti) – 9 mart (giriş dəvətnamə ilədir).
Fransanın Azərbaycandakı Səfirliyi, UFAZ (Azərbaycan-Fransız Universiteti) və AWiS (Azerbaijani Women in Science) birgə təşkilatçılığı ilə elmdə qadınların rolu haqqında “Women in Science in Global Europe of Higher Education, Research and Innovation” adlı dəyirmi masa təşkil edir.
Bu tədbir bir gün əvvəl qeyd olunan, Avropa miqyasında ali təhsil, tədqiqat və innovasiyanı beynəlxalq cəhətdən gücləndirmək ambisiyası daşıyan 8 və 9 mart Fransanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində təşkil olunan Marsel konfransının ideyalarını əks etdirən Beynəlxalq Qadın Hüquqları Günü (8 mart) şərəfinə martın 9-u UFAZ-da təşkil olunacaq.
Bu dəyirmi masa xüsusilə UFAZ-ın qız tələbələri və Bakının bir çox məktəblərindən olan qız şagirdləri üçün nəzərdə tutulub və onları elm və texnologiya sektorunda qadınların rolunu və yerini göstərərək onları cəlb etmək məqsədi daşıyır. O, Strasburq Universitetinin, UFAZ-dan tədqiqatçı-müəllimlər panelini və biznes sektorunda çalışan qadın alimləri bir araya gətirəcək. Açılış mərasimində Azərbaycan Dövlət Sənaye və Neft Universitetinin prorektoru, Milli Məclisin xarici əlaqələr komitəsinin vitse-prezidenti, Azərbaycanın Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi, Strazburq Universitetinin prorektoru və Fransa səfirliyinin əməkdaşlıq və mədəniyyət işləri üzrə müşaviri iştirak edəcək.
Fransanın Avropa İttifaqı Şurasına sədrliyi 2022-ci il yanvarın 1-dən iyunun 30-dək davam edir və bu, Fransa üçün Avropa siyasətlərinin prioritetlərinə, xüsusən də ali təhsil, tədqiqat və gender bərabərliyi sahəsinə təkan vermək üçün bir fürsətdir.
Commentaires
Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.