Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

FantazEU Festivalı : Baninin « Qafqaz günləri » əsərinə həsr olunmuş ədəbi gecə - Bakı Kitab Mərkəzi – 16 mart saat 19.00. Qeydiyyat davam edir: [email protected]

04 mart 2022 Culture
Görülmüş 37 fois

Fransa Səfirliyi və Azərbaycan Fransız İnstitutu (İFA), Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Art Council-in əməkdaşlığı ilə, mədəni irsə həsr olunmuş FanatzEU Avropa festivalı çərçivəsində, Azərbaycan əsilli fransız müəllif Banine-nin “Qafqaz Günləri” əsərinə həsr olunmuş ədəbi gecə təşkil edir.

Bu gecə, şairə və bu əsərin fransızcadan rus dilinə tərcüməçisi Ülviyyə xanım Axundova, fəlsəfə müəllimi, Lion Normal Ali Məktəbinin məzunu cənab Bönua Filu, Bakı Dövlət Universitetinin fransız dili müəllimi, Akademik Palma mükafatının zabit dərəcəsi ilə təltif edilmiş, xanım Azelma Həsənova kimi bir çox şəxsiyyətlərin ədəbi təəssüratları ilə canlandırılacaq. Programa buradan baxa bilərsiniz :

Gecə üç dildə, Azərbaycan, fransız və rus dillərində keçiriləcək. Tədbir boyu fransız və azərbaycan dillərində ardıcıl tərcümə təmin olunacaq.

Banin 1905-ci ildə, Bakıda azərbaycanlı neftçi oliqarxın zəngin ailəsində anadan olub. O, İlk Azərbaycan Xalq Cümhuriyyətinin ticarət və sənaye naziri Mirzə Əsədullayevin qızı idi. Bolşevik inqilabından sonra o, 1924-cü ildə ailəsi ilə birlikdə ölkəsini tərk edərək Fransaya sığındı. Banin ömrünün sonu 1992-ci ilə qədər orada yaşadı. O, Fransa vətəndaşlığını aldı və iki ən məşhur əsəri olan "Qafqaz günləri" və "Paris günləri" də daxil olmaqla, fransız dilində çoxsaylı kitabın müəllifi olub. Bunlar avtobioqrafik təəssüratlardır ki, birincisi onun Bakıda gənclik illərindən, ikincisi isə 1920-ci illərdə rus və Qafqaz ziyalıları icması ilə Parisdə sürgün illərindən bəhs edir.

“Qafqaz günləri” kitabının mütaliəsi valehedicidir və XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin və o dövrün həm firavan, həm də əzablı kontekstində gedən dərin dəyişikliklərin diqqətəlayiq avtobioqrafik təsvirini təqdim edir. Fransız dilində olan nəşr satışda yoxdur, lakin əsər Azərbaycan Fransız İnstitutunun mediatekasında mövcuddur və götürülə bilər.

Bu tədbirə qeydiyyat aşağıdakı ünvanda e-poçt vasitəsilə aparılır: [email protected]

Zəhmət olmasa bu ünvana ingilis, rus və ya azərbaycan dillərində yazın.

Fantazeu Festivalının tam proqramına giriş: https://eeas.europa.eu/sites/default/files/fantazeu_advert.pdf




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.