Fransada tibb təhsili : 15 yanvar 2022-ci il tarixinədək müraciətlər açıqdır.
Fransa, 2022-2023 tədris ili üçün fransızdilli əcnəbi tibb tələbələri və səhiyyə işçiləri üçün tibb kursları təklif edir.
2022-2023-ci tədris ili üçün ixtisaslaşmış tibb təhsili (DFMS) və dərin ixtisaslaşmış tibb təhsili diplomlarına (DFMSA) qeydiyyat üçün sənəd qəbulu başlandı !
DFMS və DFMSA sistemi, xarici həkim və ya əczaçılara (doğma ölkələrində və ya yaşadıqları ölkələrdə tibb və ya əczaçı fəaliyyətinə imkan verən diploma sahibi olan mütəxəssislər) Fransada ixtisaslaşma kursu (nəzəri təhsil və praktiki təlim stajları) keçməyə imkan yaradır.
Aşağıdakı xüsusiyyətlərə malik namizədlər DFMS/DFMSA proqramına müraciət edə bilər :
- Doğma ölkələrində və ya yaşadıqları ölkələrdə tibb və ya əczaçı fəaliyyətinə imkan verən diplom ;
- doğma ölkələrindəki və ya yaşadıqları ölkədəki ixtisaslaşmış tibb və ya əczaçılıq təhsilini davam etdirən və DFMS üçün 1 noyabr 2021-ci il tarixinə qədər xəstəxana fəaliyyətini yerinə yetirməsi üçün ən azı iki semestri olan ;
- DFMSA üçün doğma ölkələrində və ya diplom aldıqları ölkədə öz sahələri üzrə fəaliyyətlərinə imkan verən tibb və ya əczaçılıq diplomu ;
- B2 fransız dili səviyyəsi (namizədlər Fransız dili bilikləri üzrə test tipli imtahandan (TCF, TEF) B2 səviyyəsi sertifikatınının və ya Fransız dili üzrə təhsil diplomunun (DELF) B2 səviyyəsinin surətini təqdim etməlidirlər).
Müraciət blankı Strazburq Universitetinin tibb fakültəsinin saytından əldə edə bilərsiniz : http://med.unistra.fr/fre/Formations/3eme-cycle/DFMS-DFMSA
Müraciətlərin qəbulu üzrə nəzarəti həyata keçirmək yalnız Strasburq Universitetinin məsuliyyətindədir.
Xahiş olunur ki, aşağıda göstərildiyi kimi Dossier №1 faylının hamısını və ya bir hissəsini göndərmək üçün iki tarixə diqqət edəsiniz :
– 20 dekabr 2021-ci il tarixinədək (vacib tələb) : Siz şəxsiyyət vəsiqəsinin 1 və 2-ci səhifələrini e-poçt ünvanına göndərməlisiniz : [email protected] (Zəhmət olmasa e-poçtunuzun mövzunun adı hissəsində ad və soyadınızı (pasportda göstərildiyi kimi) qeyd edin. « Dossier1 » sözünü qeyd etdiyinizdən əmin olun !)
– 15 yanvar 2022-ci il tarixinədək : déposer le dossier complet à l’Espace Campus France – Institut français d’Azerbaïdjan, 67 rue Fuzuli, AZ1014, Bakou avant le 15 janvier 2022 Tamamlanmış müraciət faylınızı 15 yanvar 2022-ci il tarixindən gec olmayaraq Fransız İnstitutunda yerləşən Campus France Azərbaycan mərkəzinə (Füzuli küçəsi67, AZ1014, Bakı) təqdim edin.
([email protected] ; + 994 (0) 51 207 02 95).
Qəbul almış namizədlər, viza müraciətindən əvvəl, Études en France prosedurundan keçməlidirlər : Études en France müraciət rüsumundan və müsahibədən azad olunurlar.
Études en France elektron hesabı vasitəsilə namizədlər aşağıdakı sadalanan sənədləri Campus France mərkəzinə təqdim etməlidirlər :
- tibb və ya əczaçılma diplomunun surəti (DFMS olduqda) ;
- mütəxəssis həkim və ya mütəxəssis əczaçı diplomunun surəti (DFMSA olduqda) ;
- namizədin təyin olunduğu Fransa müəssisəsi tərəfindən tərtib edilmiş və imzalanmış müqavilə ;
- Strasburq Universiteti tərəfindən tərtib edilmiş təsdiq sənədi.
Sizdən sənədlərinizi təqdim etməkdən ötrü mümkün görüş təyin etmək üçün əvvəlcədən telefon və ya e-poçt vasitəsilə əlaqə saxlamağınız xahiş olunur.
+ 994 (0) 51 207 02 95
Commentaires
Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.