Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

"ActİnSpace 2020" müsabiqəsinin ilk mərhələsinin qalibi UFAZ-ın "Space Invaders" komandasına təşəkkür edirik.

07 dekabr 2020 Culture
Görülmüş 70 fois

2 dekabr tarixində Fransa İqamətgahında, Fransa səfiri cənab Zakari Qrosun sədrliyi ilə, Milli Kosmik Tədqiqatlar Mərkəzi (CNES) tərəfindən təklif olunan “ActİnSpace” müsabiqəsinin (Azərbaycanda ümummilli səviyyədə yarış) 1-ci mərhələsinin qalibi olan “Space Invaders” komandasının üzvlərinə müvəffəqiyyət sertifikatlarının təqdimetmə mərasimi baş tutub.

Cənab Səfir, bu komandanı təşkil edən UFAZ-ın (Fransız-Azərbaycan Universitetinin) beş tələbəsəni təbrik etdi. Bu tələbələr, müsabiqənin 2021-ci ilin birinci rübü ərzində Fransanın Tuluza şəhərində keçiriləcək və beynəlxalq mərhələ olan ikinci mərhələsində, ölkələri Azərbaycanı təmsil etmək üçün yarışmaq imkanı qazanırlar. 

UFAZ-ın direktoru Vazeh Əsgərov, eləcə də, beynəlxalq münsiflərin üzvlərindən biri olan, Azərbaycan Dövlət İnnovasiyalar agentliyinin idarə heyətinin üzvü Fariz Quliyev də həmçinin bu parlaq komandanı təbrik etdi, onlara qarşıdan gələn beynəlxalq final üçün uğurlar arzuladılar.

Əsasən UFAZ-dan olan ondan çox tələbə komandası noyabr ayında keçirilən milli yarışmada iştirak etmiş, 24 saat davam edən hackathon çərçivəsində planetimizi qorumaq və istiləşmə kimi qlobal problemlərlə mübarizə üçün peyk və aerokosmik texnologiyalara əsaslanan yenilikçi həll yolları təklif etmək üçün çalışmışdılar.

"ActİnSpace" müsabiqəsi, Avropa kosmik agentliyi olan CNES, habelə aviasiya sənayesində (aeronavtika, kosmik və pilotsuz təyyarələr) lider qrup olan Aerospace Valley tərəfindən təşkil edilmişdir. Bundan başqa, bu layihəyə Airbus, Ubisoft, Suez və s. kimi on beş beynəlxalq şirkətlər sponsorluq edir.

Beynəlxalq final mərhələnin qalib komandası "Zero-G Airbus A310" tərkibində parabolik səyahət qazanacaqdır.

Bu yarışmanın Azərbaycanda 1-ci milli mərhələsinin təşkilinə Azərkosmos, Azərbaycan Dövlət İnnovasiyalar Agentliyi, SUP-VC və It Step Academy şirkətlərinin dəstəyi ilə, UFAZ rəhbərlik etdi.




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.