![](/ressources/css/images/arrow_dwn.png)
![](/ressources/temp/images/80_850x566_66666666667_1251485546_2021092305-1613463775-ifcinema-az-avec-logo.jpeg)
Seçiminiz IF Cinéma : fransız filmləri bir toxunuşla tam ödənişsiz və onlayn şəkildə : 8 fevral – 10 mart tarixlərində : « fransız qadın rejissorları » silsiləsi – fransız dilində 4 film rus, ingilis və s. dillərdə alt yazıları ilə.
2020 – ci ildə əldə etdiyi uğurdan sonra, « Seçiminiz IF Cinéma » 2021 – ci ildə daha zəngin proqram ilə qarşınıza çıxır. Qeydiyyatsız, tam ödənişsiz, onlayn şəkildə izləyə biləcəyiniz və hər ay yeni mövzuları əhatə edən seçmə filmlər !
« Seçiminiz IF cinéma »
Pandemiyanın ilk başlarından dünyanın əksər ölkələrində kinoteatrlar ictimaiyyətə bağlandılar. İF Cinéma platforması vasitəsilə kinematoqrafiyanı insanların həyatlarından uzaqlaşdırmamaq üçün Fransız İnstitutu 2020-ci ildə « Seçiminiz IF cinéma » layihəsini hazırladı. Layihənin prinsipi ? Çarpayınızdan qalxmayaraq, tam ödənişsiz, onlayn şəkildə fransız filmlərinə baxmaq imkanı.
2021 -də hansı yeniliklər ?
2021-ci ildə Fransız İnstitutu bu təklifi 100% rəqəmsal etməyi qərara aldı. Beləliklə hər ay filmlər müəyyən bir mövzuya uyğun olaraq seçilir. Yeni sezonun açılışı münasibətilə « Seçiminiz IF Cinéma » Beynəlxalq Qadınlar Gününü qeyd edərək ( 8 mart) 8 fevral – 10 mart tarixlərində tanınmış və istedadlı qadın rejissorlarının filmlərini təqdim edir.
8 fevral – 10 mart tarixlərində təqdim olunacaq filmlər.
Toplam 6 saatlıq bədii fransız filmləri ingilis, rus, türk və s. dillərdə alt yazıları ilə. Hansı janr bəyənmənizdən asılı olmayaraq zövqünüzə uyğun film tapacaqsınız.
Jüli Bertuçellinin « Babil məktəbi » filmi. Bir il ərzində Parisin məktəblərinin birində dünyanın dörd bir yanından olan gənclərdən ibarət inteqrasiya sinfinin fransız dili dərsləri haqqda çəkilmiş sənədli film.
Jüli Lop Kurvalın « Bomond » filmi. Film Normandiyadan Parisə görkəmli incəsənət ali məktəbində təhsil almaq üçün yollanan gənc qız haqqda bəhs edir.
Mia Hansen Lovin « Bağışlanıldı » filmi. Ailəsinin kimliyini axtaran Pamela haqqda film.
Aliks Dölaportun « Anjel və Toni » filmi. Əvəzolunmaz Klotild Hesmin baş rol aldığı və həssas sevgi haqqda bəhs edən bir film.
Filmləri haradan izləmək olar ?
Bir tək linkə daxil olaraq : https://ifcinema.institutfrancais.com/fr/streaming/alacarte
Commentaires
Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.