“Rəqəmsal noyabr: Muzey: Xoşbəxtlik haqqında nitq” sərgisi (19-28 noyabr 2021-ci il)
Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransız İnstitutu sizi məmnuniyyətlə İçəri Şəhərdə Kiçik Qala 58-də yerləşən, Art SpaceTa (r) dino 6 qalereyasında, Rəqəmsal Noyabr festivalı çərçivəsində təqdim olunan “Muzey: Xoşbəxtlik haqqında nitq” sərgisi ilə tanış olmağa dəvət edir.
Xaricdəki fransız mədəniyyət şəbəkəsi və tərəfdaşları sayəsində dünyanın dörd bir tərəfində təşkil edilən Rəqəmsal Noyabr hər il rəqəmsal mədəniyyətləri ehtiramla qeyd edir. Bu il Səfirlik bu proqramı həyata keçirmək üçün Azərbaycanın incəsənət platforması Ta (r) dino 6 ilə əməkdaşlıq edir.
Sərgidə 3 azərbaycanlı və 3 fransız rəssamın əsərləri nümayiş olunacaq. Onlar fransız filosofu, alimi və ədəbiyyatçı qadını Emili dü Şatöle-nin "Xoşbəxtlik haqqında nitq" mətnini başlanğıc nöqtəsi kimi götürməyə dəvət ediliblər. Xanım dü Şatöle-nin 1744-1746-cı illər arasında yazılmış bu böyük ədəbi əsəri xoşbəxtlik mövzusunun fəlsəfi ifadəsidir.
Budur, 2021-ci ildə xoşbəxtlikdən danışmaq növbəsi plastika incəsənəti xadimlərinindir: Fidan Əbilova, Luiza Babari, Katya Ev, Esmeralda Kosmatopulos, Şəlalə Salamzadə və şair Leyli Salayeva dövlət/xoşbəxtlik mövzusu ətrafında fikir yürüdəcək və bu proto-feminist mətni yad edəcəklər.
Commentaires
Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.