Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Seçiminiz IF Cinéma : fransız filmləri bir toxunuşla tam ödənişsiz və onlayn şəkildə : 8 fevral – 10 mart tarixlərində : « fransız qadın rejissorları » silsiləsi – fransız dilində 4 film rus, ingilis və s. dillərdə alt yazıları ilə.

16 fevral 2021 Culture
Görülmüş 42 fois

2020 – ci ildə əldə etdiyi uğurdan sonra, « Seçiminiz IF Cinéma » 2021 – ci ildə daha zəngin proqram ilə qarşınıza çıxır. Qeydiyyatsız, tam ödənişsiz, onlayn şəkildə izləyə biləcəyiniz və hər ay yeni mövzuları əhatə edən seçmə filmlər !

« Seçiminiz IF cinéma »

Pandemiyanın ilk başlarından dünyanın əksər ölkələrində kinoteatrlar ictimaiyyətə bağlandılar. İF Cinéma platforması vasitəsilə kinematoqrafiyanı insanların həyatlarından uzaqlaşdırmamaq üçün Fransız İnstitutu 2020-ci ildə « Seçiminiz IF cinéma » layihəsini hazırladı. Layihənin prinsipi ? Çarpayınızdan qalxmayaraq, tam ödənişsiz, onlayn şəkildə fransız filmlərinə baxmaq imkanı.

2021 -də hansı yeniliklər ?

2021-ci ildə Fransız İnstitutu bu təklifi 100% rəqəmsal etməyi qərara aldı.  Beləliklə hər ay filmlər müəyyən bir mövzuya uyğun olaraq seçilir. Yeni sezonun açılışı münasibətilə « Seçiminiz IF Cinéma » Beynəlxalq Qadınlar Gününü qeyd edərək ( 8 mart) 8 fevral – 10 mart tarixlərində tanınmış və istedadlı qadın rejissorlarının filmlərini təqdim edir.

8 fevral – 10 mart tarixlərində təqdim olunacaq filmlər.

Toplam 6 saatlıq bədii fransız filmləri ingilis, rus, türk və s. dillərdə alt yazıları ilə. Hansı janr bəyənmənizdən asılı olmayaraq zövqünüzə uyğun film tapacaqsınız.

Jüli Bertuçellinin « Babil məktəbi » filmi. Bir il ərzində Parisin məktəblərinin birində dünyanın dörd bir yanından olan gənclərdən ibarət inteqrasiya sinfinin fransız dili dərsləri haqqda çəkilmiş sənədli film.

Jüli Lop Kurvalın « Bomond » filmi. Film Normandiyadan Parisə görkəmli incəsənət ali məktəbində təhsil almaq üçün yollanan gənc qız haqqda bəhs edir.

Mia Hansen Lovin « Bağışlanıldı » filmi. Ailəsinin kimliyini axtaran Pamela haqqda film.

Aliks Dölaportun « Anjel və Toni » filmi. Əvəzolunmaz Klotild Hesmin baş rol aldığı və həssas sevgi haqqda bəhs edən bir film.

 

Filmləri haradan izləmək olar ?

Bir tək linkə daxil olaraq : https://ifcinema.institutfrancais.com/fr/streaming/alacarte

 




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.