Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Actualités
Partager sur :

Fransız dili dərslərinin yeni onlayn yaz sessiyası ( 4 may tarixindən başlayaraq iyul ayının ikinci yarısınadək): Qeydiyyat hal-hazırda gedir.

17 avril 2020 Affaires
Vue 18 fois

Fransız dili dərslərinin yeni onlayn yaz sessiyası ( 4 may tarixindən başlayaraq iyul ayının ikinci yarısınadək): Qeydiyyat hal-hazırda gedir.

Dünyada baş verən hadisələrə uyğunlaşmaq üçün, İFA (Azərbaycanda Fransız İnstitutu) fransız dili dərslərini onlayn şəkildə keçirir (Zoom, Hangouts, Skype və s.).

 Fransız dili dərslərinin növbəti yaz sessiyası may ayının birinci yarısı başlayıb iyul ayının ikinci yarısına qədər davam edəcəkdir.

Dərslərə qeydiyyat artıq açıq elan edilmişdir. Elektron bukletdə qeyd olunan İFA-nın heyətinin əlaqə vasitələri ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərsiniz.

Qış sessiyasına ( tam şəkildə aprel ayın sonunda bitir )  qeydiyyatdan keçmiş tələbələrin əksəriyyəti İFA-nın mərkəzinin açılmasını gözləməyərək dərslərə onlayn davam etmək istədiklərini bildirmişdirlər. Bu səbəbdən onlara səmimi qəlbdən təşəkkür edirik və yeni sessiya təklif etməkdən sevinc hissi duyuruq. Yeni tələbələri bir mənalı olaraq qeydiyyatdan keçməyə dəvət edirik və onlara xoş gəlmisiniz deyirik.

Məlum səbəblərdən baş vermiş təqvim dəyişiklikləri ilə əlaqədar bu sessiya digərlərindən daha tez bitəcəkdir (iyul ayının 20-sinə düşən həftə). Belə olan halda irəlidəki şərtlərə uyğun təqvim təklif olunur : - intensiv dərslər 50 saat qaydası ilə ( həftədə 6 saat, daha cəsurlar üçün artıq ola bilər) – ekstensiv dərslər 38 saat qaydası ilə ( həftədə 4 saat, uşaq və yeniyetmələr üçün daha az ola bilər ). Hal-hazırkı vəziyyəti nəzərə alaraq ekstensiv dərslərin qiymətində azalma baş vermişdir.

Onlayn dərslər indiki vəziyyətə uyğunlaşan innovativ pedaqoji yanaşma təklif edir və qadağalar qalxdığı təqdirdə dərslər İFA-nın mərkəzində keçiriləcəkdir. 

Bu şəraitdə İFA iki ödəniş üsulu təklif edir. Birinci ödəniş üsulu bank filiallarının birindən digəri isə evdən çıxmayaraq elektron bank köçürməsi ( rəsmi saytımızın « cours de français/modes de paiement » bölməsində və ya irəlidəki linkə daxil olaraq http://www.ifa.az/fr/node/563  bu ödəniş üsulu haqqda daha ətraflı məlumat tapa bilərsiniz ) vasitəsilə ödənişi həyata keçirməkdir.

İFA-nın heyəti və bütün müəllimləri göstərdiyiniz güvənə görə Sizə təşəkkür edir və yeni tələbələrə xoş gəlmisiniz deyir.

Tezliklə bizə qoşulacağınızı ümid edərək ( may ayının birinci yarısınadək qeydiyyat gedir), bütün faydalı məlumatları elektron bukleti nəzərinizdən keçirərək əldə edə biləcəksiniz (sessiyalar, qiymət, əlaqə vasitələri).

 
L’image contient peut-être : 2 personnes, texte



Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.