Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

ANİMAFİLM 2020 festivalının qalibləri üçün möhtəşəm hədiyyələr

18 iyun 2020 İşlər
Görülmüş 588 fois

ANİMAFILM festivalı (Azərbaycan animasiya film festivalı), Fransanın Azərbaycandakı Səfirliyi və Fransız İnstitutunun (İFA) tərəfdaşlığı və Annecy Beynəlxalq Animasiya Film festivalının dəstəyi ilə, "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyasında yeni mükafat yaratmışdır.

ANİMAFILM festivalının builki laureatı 2021-ci ildə Fransada Annecy Beynəlxalq Aninasiya Film festivalında iştirak edəcək və MİFA-nın peşəkar akkreditasiyasını alacaqdır. Bütün səyahət və yaşayış xərcləri İFA tərəfindən ödəniləcəkdir.

ANİMAFİLM festivalı həmçinin "Ən yaxşı Azərbaycan qısametrajlı film ssenarisi" kateqoriyasının qalibinə yeni mükafat vermək üçün, Avropanın Azərbaycandakı nümayəndəliyi ilə də əməkdaşlıq edir.

Qalib, mükafat olaraq peşəkar fotoaparat əldə edəcəkdir. Ssenari bu mövzuları əhatə etməlidir: müxtəliflik, tolerantlıq, multikulturalizm, insan hüquqları, qadın hüquqları, iqlim dəyişikliyi.

Namizədlik üçün son tarix: 30.06.2020
Əlavə məlumat üçün: www.animafilm.az

 

L’image contient peut-être : texte




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.