Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

"Gender Hub Azerbaijan" layihəsinin həmtəsisçisi və Fransa səfirliyinin "Qadınlar və kişilər arasında bərabərlik" müsabiqəsinin qalibi Məryəm Məcidova, çərşənbə 9 dekabr tarixində (saat 19.05-də) ASAN Radioda müsahibə verəcək.

08 dekabr 2020 İşlər
Görülmüş 131 fois

Fransanın Azərbaycandakı səfirliyi, keçən noyabr ayında qadın və kişi bərabərliyinə həsr etdiyi müsabiqənin birinci yer mükafatını "Gender HUB Azerbaijan" layihəsinin həmtəsisçisi xanım Məryəm Məcidovaya təqdim etdi.

 

Bu ilin yayında başlanan bu layihə, qadınların cəmiyyətdəki rolunun gücləndirilməsi və hüquqlarının daha yaxşı nəzərə alınması üçün peşə və/və ya assosiativ həyatında fəal iştirak edən azərbaycanlı şəxsiyyətlərdən ibarət geniş bir şəbəkə yaratmağı hədəfləyir.

Bu baxımdan, bir neçə yüz nəfərdən ibarət olan bu şəbəkə, yerli hakimiyyət orqanları və ictimaiyyət arasında maarifləndirmə kampaniyaları aparmaq, qadınlara qarşı ayrıseçkilik və şiddəti azaltmaq üçün konkret tədbirlər təbliğ etmək niyyətindədir.

"Gender zorakılığına qarşı 16 gün" ("16 days against Gender based violence") kampaniyası çərçivəsində BMT ofisi və Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi ilə, Məryəm Məcidova ASAN radionun (100 FM) 9 və 16 dekabr saat 19:05-də yayımlanaq proqramında müsahibə verəcək.

Müsahibə zamanı, Məryəm Məcidova "Gender Hub Azerbaijan" layihəsinin fəaliyyətindən əlavə, Avropa Şurasının İstanbul Konvensiyasının rolu və əhəmiyyətindən bəhs edəcəkdir. Eyni zamanda, qadınların cəmiyyətdəki rolu və yerini təsdiqləyən gender stereotipləri mövzusunu da müzakirə edəcək, bu məqsədlə feministlərin və insan haqları müdafiəçilərinin vətəndaş cəmiyyəti daxilində ortaq səfərbərliyinin vacibliyini vurğulayacaqdır.




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.