« Şanxay 2020 » dünya universitetlərinin reytinqi : Fransa dünya üzrə 3-cü yerə yüksəlib.
Hər il Şanxay, QS, və Times Higher Education reytinqi dünyanın ən yaxşı universitetlərini siyahıya alır. Fransa məşhur Şanxay reytinqində 3-cü yerə yüksəlib.
« Ali təhsilimizin və tədqiqatımızın keyfiyyəti nəhayət öz həqiqi səviyyəsində beynəlxalq aləmdə tanınır » - Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Fransanın, ABŞ və Böyük Britaniyadan sonra ilk 20 sıralamasında dünya üzrə üçüncü sırada olduğu « Dünya Universitetlərinin Akademik Reytinqi »nin, başqa sözlə « Şanxay reytinqi »nin nəticələrini bu ifadələrlə alqışladı.
Bu reytinqdə təhsil müəssisələrimizin bu performansı, Fransanın dünya və Avropa səviyyələrində ali təhsil və tədqiqat sahələri üzrə qabaqcıl bir ölkə olaraq mövqeyini gücləndirir. Fransa xüsusilə riyaziyyat, ətraf mühit elmləri, fizika elmləri və menecmentlik sahələrində olan yüksək təhsil səviyyəsi ilə fərqlənir. Bu baxımdan qeyd etmək lazımdır ki, müəllim və məzunların aldıqları Nobel mükafatı və Field medallarının sayı bu reytinqdə yer alan əsas göstəricilərdən biridir.
Bu reytinqdə 1-ci fransız universiteti, 3-cü avropa universiteti (Kembric və Oksforddan sonra) və dünyanın ən yaxşı 14-cü universiteti kimi seçilən məhz Paris-Sakle Universitetidir.
Hər zaman olduğu kimi ilk 100-lükdə yer alan daha 4 fransız universitetləri də həmçinin sıralamada fərqli mövqe tutublar : Humanitar elmlər və ədəbiyyat üzrə Paris Universiteti (36-cı yer), Sorbon Universiteti (39-cu yer), Paris Universiteti (65-ci yer) və Qrenobl Alp Universiteti (99-cu yer).
Əlavə məlumat üçün aşağıdakı linkə daxil olun:
Commentaires
Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.