Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Seçiminiz İF Cinéma – Frankofoniya sezonu : onlayn ödənişsiz fransız filmləri. 10 mart – 10 aprel 2021 tarixlərində.

12 mart 2021 Culture
Görülmüş 44 fois

Seçiminiz İF Cinéma – nın ‘’ Frankofoniya sezonu’’ adlanan silsilə filmlər buraxılışı : onlayn ödənişsiz fransız filmləri : 10 mart – 10 aprel tarixlərində : 4 fransız filmi ( ingilis, rus dillərində və biri türk dilində mövcud alt-yazıları ilə).

«Seçiminiz İF cinéma»

2020-ci ildə Fransız İnstitutu İF Cinéma platforması üzərindən «Seçiminiz İF cinéma» təklifini təqdim etdi. Məqsəd ? Hamı üçün ödənişsiz, onlayn, oturacaqdan tərpənmədən izlənilə biləcək fransız filmlərini təqdim etmək. Beləliklə, hər ay seçmə fransız filmlərini onlayn və ödənişsiz şəkildə izləyə biləcəksiniz.

2021-ci ildə təklif 8 mart Beynəlxalq Qadınlar Gününə özəl ilk olaraq fransız qadın rejissorlarının filmlərinə həsr edilmişdir. 10 mart – 10 aprel tarixlərində, Frankofoniya bayramına özəl olaraq, «Seçiminiz İF cinéma» təklifi frankofon qadın və kişi rejissorlarının filmlərini təqdim edəcək.

10 mart – 10 aprel tarixlərində təqdim olunacaq filmlər

Ümumilikdə 6 saatdan ibarət və müxtəlif dillərdə mövcud alt-yazıları ilə (ingilis, rus, türk…) 1 sənədli və 3 bədii film. Hansı janrı (dram, komediya və ya sənədli film) sevdiyinizdən asılı olmayaraq bu seçmə filmlər sizin zövqünüzə oxşayacaqlar.

  • Fransanın Brötan regionunda anadan olan rejissor Kristof Onorenin «Sofinin dərdləri» Film Sequr Qrafiniyasının 1858-ci ildə dərc olunmuş gənc Sofinin qəzəbli ögey anası ilə yaşadığı konflikt haqqda yazılmış tanınmış əsəri əsasında çəkilmişdir.
  • Əlcəzairdə anadan olan fransız rejissoru Dominik Kabreranın « Pərvaz Kenedi » Film Aralıq dənizinin sahilində yerləşən Marsel şəhərində müxtəlif təbəqələrə aid gənclərin qarşılaşması haqqda danışır. Türk dilində mövcud alt-yazıları.
  • Fransada təhsil almış və sonradan buraya köçmüş amerika və islandiyalı rejissor Solveyq Anspaxın « Lulu » Film bir neçə gün içində yenidən azad olmağa qərar verən qadın haqqda bəhs edir.
  • Tunisdən olan rejissor Fərid Buqedirin « Afrikanın Kamerası » sənədli filmi. Film Afrikanın Böyük Səhrasında Müəllif filmlərinin ilk 20 ili haqqda bəhs edir.

 

Filmlərə necə baxmaq olar ?

Çox asan ! Link : https://ifcinema.institutfrancais.com/fr/streaming/alacarte

 

 




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.