Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

« Aleksandr Dümanın xatirələri ilə Şəki turunun frankofon bələdçisi » adlı müsabiqənin laureatının Fransaya səyahəti. Fevral 2022-ci il.

03 mart 2022 Culture
Görülmüş 17 fois

Şəki Pedaqoji Universitetinin fransız dili filologiyasının bakalavr pilləsinin məzunu, 2021-ci ildə Fransanın Azərbaycandakı Səfirliyinin və Azərbaycan Fransız İnstitutunun birgə təşkilatçılığı ilə və Şəki Regional Turizm İnformasiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində, « Qədim Şəki turu Aleksandr Dümanin xatirələri ilə » adlı şəhər gəzinti turu müsabiqəsinin laureatı, xanım Gülnar ƏLİYEVA 2022-ci il fevralın 14-dən 18-ə qədər Paris şəhərinə dilçilik və mədəniyyət səyahəti qazanıb. Bu səyahət ona Azərbaycan fransız İnstitutu tərəfindən hədiyyə edilib. O, Fransa paytaxtının mərkəzində, Eyfel Qülləsinin yaxınlığında yerləşən ACCORD dil məktəbində təcrübə keçib. O, “Fransız mədəniyyəti və sivilizasiyası dərsləri” adlı təkmilləşdirmə təlimində iştirak edib. Bu səyahət münasibətilə o, Parisdə yerləşən Eyfel Qülləsi, Sena sahilləri, Qarnie Operası, Qrevin Muzeyi və s. kimi bir çox məşhur məkanlar ilə tanış ola bilib. O, səyahətini əks etdirən bir neçə fotoşəkili təqdim edir və kiçik bir videoda öz təəssüratlarını bölüşür.   

 

 

 




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.